Siyasət

"Abzas Media"nın həbsdəki direktoru: Biz sanki konslagerə göndərilmişik

29 Fevral, 2024
492

VOA

Ülvi Həsənli

"Abzas Media" onlayn nəşrinin həbsdə olan direktoru Ülvi Həsənli qızı Suada açıq məktubu ünvanlayıb.

Toplum TV xəbər verir ki, məktubda Həsənli 90 gündən artıq müddət ərzində qızını görə bilmədiyi deyir: 

""Abzas Media"nın həbs olunan əməkdaşlarının əksəriyyəti 3 ay ərzində ən sərt formada izolyasiya olundu. Bizə yaxınlarımızla görüşmək, telefonla səslərini eşitmək belə qadağan edildi. Hətta səni – 18 aylıq uşağı 5-10 saniyəlik qucaqlamağa belə düşməncəsinə imkan vermədilər. Səni indi də görə, bağrıma basa bilmirəm. Azərbaycanda totalitar sovet rejimi faktiki olaraq bərpa edilib, ölkəni isə sovet təfəkkürü idarə edir".

Ülvi Həsənli həmçinin qeyd edib ki, Azərbaycanın müstəqillik tarixində ilk dəfədir, bir media qurumu tənqidi materiallarına görə total repressiyaya məruz qalır:

"Biz sanki sürgünə, yaxud konslagerə göndərilmişik, ailə üzvlərimiz də bizə görə cəzalandırılır və təzyiq altında saxlanılırlar".

Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova "Amerikanın Səsi"nə bildirib ki, "Abzas Media"nın əməkdaşlarına ailəsi və yaxınları ilə görüş və telefon qadağası mövcud idi, bu qadağa yaxın vaxtlarda götürülsə də, onlar ailəsi ilə şüşə arxasından görüşə bilirlər:

"Ülvi qızını qucağına almaq istəyir, lakin həbsxanada birbaşa görüşə icazə verilmir, yalnız şüşə arxasından görüşə bilirlər. Ümumiyyətlə, birbaşa görüşlə bağlı qanunvericilikdə nəzərdə tutulan hər hansı bir qadağa yoxdur, amma onlar bu hüquqlarından məhrum edilirlər".

Qeyd edək ki, ötən ilin noyabr-yanvar aylarında “Abzas Media”nın altı jurnalisti və mətbuat işçisi həbs olunub. Onlar Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi üzrə ittiham olunurlar. Jurnalistlər ittihamlarla razılaşmır və həbslərinin siyasi sifariş olduğunu bildirirlər. 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo