Siyasət

"Abzas Media"nın işi Xətai rayon məhkəməsinə qaytarılıb

11 Dekabr, 2023
158

Dekabrın 11-də Bakı Apellyasiya Məhkəməsində "Abzas Media"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızının və onların ailə üzvlərinin bank hesablarına həbs qoyulması və bank məlumatlarının ələ keçirilməsi ilə bağlı şikayətə baxılıb.

Hakim işi Xətai Rayon Məhkəməsinə geri qaytarıb. 

https://toplum.tv/siyaset/puumllvi-hesenliye-tecridxanada-tezyiq-edildiyi-bildirilirp

Toplum TV xəbər verir ki, Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova "Amerikanın Səsi"nə açıqlamasında bildirib ki, məhkəmənin qərarı əsassızdır:

"Biz məhkəmənin qərarından ona görə şikayət vermişik ki, məhkəmə öz qərarını əsaslandırmayıb. Biz həm də müddətin bərpasına dair vəsatətlər vermişdik. Çünki qərarlar noyabr ayında verilib, biz isə dekabr ayında xəbər tutmuşuq. Ümumiyyətlə, bizi heç məhkəməyə də dəvət etməmişdilər ki, belə bir qərarlar qəbul olunacaq, sizin fikriniz nədir. Xətai rayon məhkəməsi həmin vəsatətə baxmadığı üçün Bakı Apellyasiya Məhkəməsi işi yenidən Xətai rayon məhkəməsinə geri qaytardı. Bizim vəsatətə münasibət bildirildikdən sonra Bakı Apellyasiya Məhkəməsinə göndəriləcək".

"Abzas Media" işi ilə bağlı həbs edilənlərin vəkilləri jurnalistlərin və onların ailə üzvlərinin bank hesablarına həbs qoyulması ilə bağlı qərarı qeyri-qanuni hesab edirlər.


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Ermənistan tərəfi Azərbaycana cavab verib: "Konstitusiya daxili işimizdir"

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

“Sülh müqaviləsi layihəsinin razılaşdırılmış bəndlərində göstərilir ki, tərəflər sazişin müddəalarına əməl etməmək üçün daxili qanunvericiliyə istinad edə bilməzlər”. Toplum TV xəbər verir ki, bunu martın 1-də Türkiyənin Antalya şəhərində keçirilən III Diplomatik Forumundakı panel müzakirələrində Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.  Panel əsnasında Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu və Bakının bununla bağlı qarşı tərəfdən açıqlama gözlədiyini bildirib.  Rubinyan isə Hacıyevə cavabında bildirib ki, Konstitusiya və hüquqi bazası Ermənistanın daxili işidir: "Bunun qətiyyən sülhməramlı proseslərlə əlaqəsi yoxdur. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur".  Onun sözlərinə görə, saziş layihəsinin razılaşdırılmış bəndlərində Ermənistan və Azərbaycanın...
Siyasət

Aİ nümayəndəsi: Azərbaycanla Ermənistan yaxın zamanda sülh sazişi imzalaya bilər

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın zamanda imzalanması realdır".  Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu martın 1-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar bildirib. Onun sözlərinə görə, müqavilənin bütün elementlər masadadır: "Bu, vacib kompromislərə getməklə bağlı siyasi iradə məsələsidir, kompromislərə nail olaraq sülh müqaviləsini imzalamağın zamanı gəlib çatıb". Klaar həmçinin qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi təbii ki, iki ölkə arasında imzalanacaq. "Kənardakı hər hansı vasitəçi (tərəfdaş) sadəcə bu məsələni dəstəkləyə bilər. Bu bizim etməyə çalışdığımız işdir. Razıyam ki, bu məsələ iki tərəf arasındadır, lakin ona da inanıram ki, kənardakı...

Seçilmiş Videolar

Toplum TV loqo