Siyasət

"Fredoom House": Azərbaycan yenə qeyri-azad ölkələrin siyahısında yer alıb

9 Mart, 2023
367

Açıq mənbələrdən götürülüb

Bakıda etiraz aksiyası

Azərbaycan dünyanın ən qeyri-azad ölkələrinin sırasında qərarlaşıb. 

Toplum TV xəbər verir ki, bu barədə "Freedom House" təşkilatının "Dünyada Azadlıq - 2023" illik  hesabatında bildirilir. 

Təşkilatın qlobal azadlıqlar siyahısında Azərbaycan ən qeyri-azad 16 ölkə arasında yer alıb. Bu qəbildən olan ölkələr arasında Azərbaycanla yanaşı Türkmənistan, Cənubi Sudan, Suriya, Tacikistan, Əfqanıstan, Belarus və Çin kimi ölkələr var.

Təşkilatın heasbatında Azərbaycanla bağlı bu cümlələr yer alıb: 

"Azərbaycanın avtoritar rejimində hakimiyyət 2003-cü ildən bəri prezident vəzifəsini icra edən İlham Əliyevin və onun ailəsinin əlində cəmləşib. Korrupsiya tüğyan edir və formal siyasi müxalifət illər boyu davam edən təqiblər nəticəsində zəifləyib. Hakimiyyət son illərdə vətəndaş azadlıqlarına qarşı geniş təzyiqlər həyata keçirərək, ifadə azadlığı və ya aktivizm üçün çox az yer qoyub. Azərbaycan 2020-ci ildə Ermənistanla 44 gün davam edən müharibə zamanı Dağlıq Qarabağ ərazisinin üçdə birinə və ona bitişik bəzi torpaqlara nəzarəti 2700-dən çox əsgərin bahasına əldə edib".

https://toplum.tv/siyaset/ppasinyan-azerbaycan-ictimaiyyetinden-destek-isteyirp

Hesabatda həmçinin bildirilir ki, Azərbaycan parlamenti KİV və jurnalistlərə əlavə məhdudiyyətlər tətbiq edib. 

İnternet azadlıqları siyahısında da Azərbaycan qeyri-azad ölkələr arasındadır. 

Məlumat üçün bildirək ki,  qlobal azadlıqlar siyahısında Azərbaycanın qonşuları olan Ermənistan və Gürcüstan qismən azad ölkələrin arasında, Rusiya, Türkiyə və İran isə qeyri-azad ölkələrin arasında yer alıblar. 

"Freedom House" ümumən son 17 ildir ki, qlobal azadlıqların davamlı gerilədiyini yazır. Təşkilat azadlıq və demokratiyanın geriləməsinin ən əsas səbəbləri kimi müharibə, çevrilişlər, qanunsuz liderlərin demokratik qurumlara basqısını göstərir.

Hesabatda Qafqaz və Mərkəzi Asiya ölkələri ilə bağlı bildirilir ki, bu ölkələr Moskvanın geosiyasi orbitində yerləşirlər:

"Amma Azərbaycan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan Rusiyanın Ukrayna ərazilərinin ilhaqını tanımaqdan imtina edib və onların hamısı Rusiya banklarına qarşı sanksiyalara əməl ediblər".

"Freedom House" sənəddə Azərbaycanın Ermənistanın suveren ərazisində hücum etdiyini qeyd edib. Və Bakının davamlı təzyiqinin "Ermənistan demokratiyası üçün təhdid təşkil etdiyini" vurğulayıb. 

Rəsmi Bakı hələlik hesabata reaksiya verməyib. Amma Azərbaycan tərəfi bir qayda olaraq "Freedom House" təşkilatını qərəzli olmaqda ittiha edir və onun hesabatlarının proqanda mahiyyətli olduğunu irəli sürür. 


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo