Siyasət

Rəsmi Bakı: İran səfirliyə hücumla bağlı sənədlərin qəbuluna mane olub

1 Fevral, 2023
268

Açıq mənbələrdən götürülüb

XİN

Azərbaycanın səfirliyə hücumla bağlı Qoşulmama Hərəkatına təqdim etdiyi sənədlərə İran tərəfi etiraz edib və bu sənədlərin qəbuluna mane olub.

Toplum TV xəbər verir ki, bu barədə fevralın 1-də Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

"İran tərəfi üzvü olduğu və qərarların konsensusla qəbul edildiyi beynəlxalq təşkilatlarda terror hücumunun beynəlxalq müstəvidə geniş şəkildə ifşa olunmasının qarşısının alınmasına çalışıb. Bu xüsusda, hücumdan dərhal sonra Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosuna və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə Azərbaycan tərəfindən təqdim edilmiş kommünike və bəyanat layihələrinə İran tərəfi etiraz edib və bu sənədlərin qəbuluna mane olub", - deyə XİN-in açıqlamasında qeyd olunub. 

Bildirilir ki, İran tərəfi bununla yanaşı, sözügedən təşkilatlarda öz mövqeyinə dəstək məqsədilə bir çox ölkələrə müraciət etsə də, Qoşulmama Hərəkatında 120 ölkə arasından İranın mövqeyinə dəstək verən yalnız Suriya və Hindistan olub. 

"Bu üç ölkə sözügedən sənədlərin qəbuluna qarşı çıxan zaman səsləndirdiyi əsas iddia guya əvvəllər Qoşulmama Hərəkatında ayrı-ayrı ölkələrdə terror hücumlarının pislənmədiyi və bu ölkələr arasında ikitərəfli məsələlərin Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalara gətirilmədiyi olub. Halbuki, Qoşulmama Hərəkatı bir çox hallarda üzv ölkələrində baş vermiş terror hücumlarını pisləyən, diplomatik missiyaların mühafizəsinə vurğu edən bir sıra sənədlər qəbul edib.

İran tərəfinin bu təxribatçı addımını pisləyir və beynəlxalq öhdəliklərinə riayət etməsinin zəruri olduğunu bildiririk.

Azərbaycan tərəfi səfirliyinə qarşı terror aktının geniş şəkildə pislənməsi və terror aktını törədənlərin cəzalandırılması üçün bütün müvafiq beynəlxalq platformalardan istifadə edəcək", - deyə XİN bəyan edib. 

Xatırlatma

Azərbaycanın Tehrandakı səfirliyinə hücum yanvarın 27-si səhər saat 8.30 radələrində baş verib.

Silahlı şəxs mühafizə postunu yararaq səfirliyə daxil olub. O, səfirliyin mühafizə xidmətinin rəhbərini qətlə yetirib, daha iki nəfəri isə yaralayıb. 

Hadisə barəsində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb. 

ABŞ, Böyük Britaniya, İsrail, Ukrayna, Rusiya, Türkiyə və digər ölkələr Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyiblər. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Ermənistan tərəfi Azərbaycana cavab verib: "Konstitusiya daxili işimizdir"

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

“Sülh müqaviləsi layihəsinin razılaşdırılmış bəndlərində göstərilir ki, tərəflər sazişin müddəalarına əməl etməmək üçün daxili qanunvericiliyə istinad edə bilməzlər”. Toplum TV xəbər verir ki, bunu martın 1-də Türkiyənin Antalya şəhərində keçirilən III Diplomatik Forumundakı panel müzakirələrində Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.  Panel əsnasında Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu və Bakının bununla bağlı qarşı tərəfdən açıqlama gözlədiyini bildirib.  Rubinyan isə Hacıyevə cavabında bildirib ki, Konstitusiya və hüquqi bazası Ermənistanın daxili işidir: "Bunun qətiyyən sülhməramlı proseslərlə əlaqəsi yoxdur. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur".  Onun sözlərinə görə, saziş layihəsinin razılaşdırılmış bəndlərində Ermənistan və Azərbaycanın...
Siyasət

Aİ nümayəndəsi: Azərbaycanla Ermənistan yaxın zamanda sülh sazişi imzalaya bilər

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın zamanda imzalanması realdır".  Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu martın 1-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar bildirib. Onun sözlərinə görə, müqavilənin bütün elementlər masadadır: "Bu, vacib kompromislərə getməklə bağlı siyasi iradə məsələsidir, kompromislərə nail olaraq sülh müqaviləsini imzalamağın zamanı gəlib çatıb". Klaar həmçinin qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi təbii ki, iki ölkə arasında imzalanacaq. "Kənardakı hər hansı vasitəçi (tərəfdaş) sadəcə bu məsələni dəstəkləyə bilər. Bu bizim etməyə çalışdığımız işdir. Razıyam ki, bu məsələ iki tərəf arasındadır, lakin ona da inanıram ki, kənardakı...

Seçilmiş Videolar

Toplum TV loqo