Siyasət

Rəsmi Bakı İranda saxlanılan azərbayanlı tələbə ilə bağlı açıqlama verib

2 İyun, 2023
153

Rəsmi səhifə

Ayxan Hacızadə

"İranda həbs olunan Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür".

Toplum Tv xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda həbs olunmasına münasibət bildirərkən deyib.

O xatırladıb ki, Fərid Səfərli barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni martın 9-dan etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İranın məsələyə aydınlıq gətirməsi məqsədilə müvafiq olaraq İranın Azərbaycandakı Səfirliyinə nota ünvanlanıb: Çoxsaylı müraciətlərdən sonra İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə Fərid Səfirlinin ailəsinə müvafiq məlumat verilib".

https://toplum.tv/siyaset/pazerbaycanli-telebenin-iranda-casusluq-ittihami-ile-hebs-olundugu-bildirilirp

Ayxan Hacızadə bildirib ki, məlum terror hadisəsi ilə bağlı Azərbaycanın İrandakı diplomatik təmsilçiliyinin məhdud olmasına baxmayaraq, Fərid Səfərli barədə məlumat verildiyi ilk gündən etibarən həm Xarici İşlər Nazirliyi, həm də Təbrizdəki Baş Konsulluğumuz tərəfindən İranın aidiyyəti qurumları ilə müzakirələr aparılır. 

"Bununla yanaşı, Fərid Səfərlinin ailəsi və özü ilə mütəmadi əlaqə saxlanılır. Yaxın zamanlarda Təbrizdəki Baş Konsulluğumuzun Fərid Səfərli ilə görüş keçirməsi üçün tədbirlər görülür", - deyə XİN rəsmisi vurğulayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Xankəndiyə hücuma keçməsi barədə iddiaları təkzib edir

Toplum TV
21 Sentyabr 2023

Rəsmi səhifə

"Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır". Toplum TV xəbər verir ki, bu barədə sentyabrın 21-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. "Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - Nazirlikdən bildirilib. https://toplum.tv/siyaset/pqarabagdaki-gerginlik-neticesinde-200-den-ccedilox-ermeninin-oumllduumlyuuml-bildirilirp Qeyd edək ki, erməni KİV Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Xankəndi istiqamətində hücuma keçməsi və atəşkəs rejimini pozması barədə məlumatlar yayıb.  Bildirilir ki, şəhərin mərkəzində də atışma səsləri eşidilib.   Son gərginlik fonunda erməni əhalinin bir hissəsinin Qarabağı tərk edərək Ermənistana yollandığı barədə məlumatlar yayılıb. 
Siyasət

Tehran: Azərbaycan hökuməti ilə Qarabağ erməniləri arasında razılaşmadan məmnunuq

Toplum TV
21 Sentyabr 2023

Rəsmi səhifə

Regionda münaqişələrin davam etdirilməsi üçün heç bir səbəb yoxdur  Toplum Tv xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasser Kanaani sentyabrın 21-də gündəlik brifinq zamanı deyib.  https://toplum.tv/siyaset/pmakron-eliyevden-qarabagin-ermeni-sakinleri-uumlccediluumln-zemanet-isteyibp İran XİN Azərbaycan hökuməti ilə Qarabağda yaşayan ermənilərin nümayəndələri arasında razılaşmadan məmnunluğunu bildirib. "Ümid edirik ki, bundan sonra bölgədə heç bir müharibənin şahidi olmayacağıq. İslam Respublikası region ölkələrinin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə tam hörmətin tərəfdarıdır". - Nasser Kanaani açıqlamasında qeyd edib.  Onun sözlərinə görə, İran daimi və davamlı sülh prosesində region ölkələrinə yardım etməyə hazırdır. "Üçüncü tərəflərin regional məsələlərə cəlb edilməsi yalnız problemləri çətinləşdirir və əldə edilmiş...

Seçilmiş Videolar

Toplum TV loqo