Rəsmi səhifə
XİN
Emmanuel Makronun sentyabrın 24-də ölkə mətbuatına müsahibəsi zamanı növbəti dəfə bölgədə mövcud vəziyyəti təhrif edən mövqe sərgiləməsi onun tərəfindən tətbiq edilən ikili standartların və qərəzin bariz nümunəsidir.
Toplum TV xəbər verir ki, bu barədə sentyabrın 25-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bəyanat yayıb.
https://toplum.tv/siyaset/pmakron-rusiya-azerbaycanla-hemreydir-fransa-ermenistani-destekleyecekp
Ayxan Hacızadənin sözlərinə görə, Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyir və Cənubi Qafqaz regionunda yeni müstəmləkəçilik təcrübəsini tətbiq etməyə çalışır.
XİN rəsmisi açıqlamasında deyib ki, Makronun Azərbaycan Ermənistan məsələsində xritstianlıq faktorunu qabartması və keçmiş münaqişəyə din amili ilə yanaşması təhlükəli və qəbuledilməzdir.
"Fransa tərəfinə bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın öz suveren ərazilərində Ermənistanın 30 illik işğalına son qoyulması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etmək məqsədilə həyata keçirdiyi əməliyyat beynəlxalq hüquqla təsbitlənən legitim haqqımızdır", - Ayxan Hacızadə bildirib.
O həmçinin vurğulayıb ki, Azərbaycan öz torpaqlarından erməni silahlı qüvvələrini çıxarır və erməni silahlı birləşmələrini tərksilah edir, eləcə də erməni sakinlərə yardım göstərir və onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası işini həyata keçirir.
"Qeyd edilənləri nəzərə alaraq, Fransanın bölgədə sülhə xidmət etməyən və qarışıqlıq yaratmaq istiqamətində səylərinin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik", - deyə Ayxan Hacızadə açıqlamasında vurğulayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Toplum TV