Açıq mənbələrdən götürülüb
XİN
"Baş nazir Nikol Paşinyanın bugünədək müxtəlif beynəlxalq platformalarda verdiyi vədlərdən və üzərinə götürdüyü öhdəliklərdən boyun qaçıraraq həyata keçirdiyi anti-Azərbaycan kampaniyası, o cümləsən sülh sazişi üzrə danışıqları və beynəlxalq vasitəçilərin səylərini heçə endirən ritorikası Ermənistan üçün heç bir xeyirli gələcək vəd etmir".
Toplum TV xəbər verir ki, bunu martın 15-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın dünən səslədirdiyi fikirlərlə bağlı qeyd edib ki, o, növbəti dəfə erməni sakinlərlə dialoq məsələsinə müdaxilə etməyə çalışır.
https://toplum.tv/siyaset/ppasinyan-qarabagda-eskalasiya-ehtimali-ccedilox-yuumlksekdirp
XİN sözçüsü həmçinin bildirib ki, Paşinyanın Azərbaycanın Qarabağ bölgəsi üzərində beynəlxalq səviyyədə tanınmış suverenliyinə və ərazi bütövlüyünə qarşı təxribat dolu bəyanatlar səsləndirməsi, “Qarabağın xalqı və hökuməti” kimi ifadələr işlətməsi qəbuledilməzdir.
"Erməni əsilli sakinlərin reinteqrasiyası üzrə müzakirənin Azərbaycanın daxili işi olduğu və kənar dövlətlərin bu məsələdə heç bir rolunun olmadığı barədə mövqeyimizə Ermənistanın məhəl qoymaması, onun “xalqların öz müqqədəratlarını təyin etməsi” prinsipi pərdəsi altında 90-ci illərin əvvəllərində ölkəmizə qarşı başlatdığı təcavüz siyasətindən əl çəkmədiyindən xəbər verir. Ermənistan baş naziri anlamalıdır ki, Qarabağ bölgəsinin erməni sakinlərinin hüquqları bölgənin azərbaycanlı əhalisinin hüquqlarından heç zaman üstün ola bilməz və Azərbaycan, ərazisində yaşayan müxtəlif etnik xalqlara münasibətdə yalnız bərabər yanaşma tətbiq edir və edəcək.
İndiyə qədər heç bir razılaşmaya və öhdəliyinə riayət etməyən Ermənistanın Azərbaycanı xəyali razılıqları inkar etməkdə təqsirləndirməsi, Azərbaycanın sərhədyanı bölgələrdə vəziyyəti gərginləşdirəcəyini iddia etməsi yalnız və yalnız Ermənistanın öz mümkün hərbi təxribatlarını ört-basdır etməyə yönəlmiş bir addımdır.
Sülh sazişinin mətnində Azərbaycana qarşı ərazi iddialarını istisna edən müddəalara hər vəchlə qarşı çıxması, gələcək pozuntulara saziş mətni hazırlanan müddətdə belə rəvac yaratması, bu qeyri-konstruktiv yanaşmaları gizlətməklə “beynəlxalq mexanizmlər”, “beynəlxalq zəmanət institutu” kimi ideyalarla çıxış etməsi Ermənistanın sülh sazişində maraqlı olmadığının göstəricisidir", - deyə Hacızadə vurğulayıb.
Onun sölərinə görə, Ermənistan baş nazirinin yalnız Ermənistanın təkliflərinin qeyd olunduğu və Azərbaycanın təkliflərinin nəzərə alınmadığı layihəni imzalanmağa hazır olduğunu brifinq zamanı bəyan etməsi onun sülh prosesinə laqeyd yanaşmasının növbəti sübutudur.
"Hesab edirik ki, Ermənistanın bu destruktiv fəaliyyətləri beynəlxalq ictimaiyyət tərəfindən qınanmalı və onların qarşısı alınmalıdır", - deyə XİN sözçüsü çıxışında vurğulayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Rəsmi səhifə