Siyasət

Rəsmi Bakı Qarabağ ermənilərini Bakıda görüşə dəvət edib

13 Mart, 2023
409

Açıq mənbələrdən götürülüb

Bakı

Azərbaycan Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini Bakıda ikinci görüş keçirməyə dəvət edib. 

Toplum TV xəbər verir ki, bu barədə martın 13-də qurumdan bildirilib. 

Məlumata görə, Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün Bakıya dəvət edilib. 

Bundan əvvəl Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirmişdi ki, Ermənistan Praqa və Soçi sənədləri ilə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb.

"Ermənistan rəsmiləri elə düşünürlər ki, Qarabağ məsələsində spekulyasiyanı əbədi olaraq davam etdirə biləcəklər. Bir şey aydındır ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasa və ya kağız üstündə tanıyaraq öz dağıdıcı əməllərini davam etdirərsə, o zaman Azərbaycan da rəsmi şəkildə Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. Əgər Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər üçün hansısa “status” tələb etməyə davam edərsə, o zaman Azərbaycan da Ermənistandan didərgin düşmüş qərbi azərbaycanlılara Ermənistanın status verməsi məsələsini qaldıracaq", - deyə Hacıyev qeyd etmişdi. 

https://toplum.tv/siyaset/pbaki-qarabag-ermenileri-ile-danisiqlara-mesul-sexs-teyin-edibp

Azərbaycan rəsmiləriylə Qarabağ ermənilərinin təmsilçiləri arasındakı ilk görüş martın 1-də Xocalı şəhərində Rusiya sülhməramlı kontingentinin qərargahında baş tutmuşdu. 

Bildirilirdi ki, görüş zamanı Azərbaycan qanunvericiliyinə uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair müzakirələr aparılıb.

Bu məlumatın yayılmasından sonra Qarabağ seperatçılarının liderləri reinteqrasiyası mövzusunun müzakirə olunması xəbərini təkzib etmişdilər. 

Seperatçıların lideri Araik Arutyunyan qeyd etmişdi ki, görüş zamanı Azərbaycan nümayəndəsi “inteqrasiya” sözündən istifadə edərək siyasi mövzuları müzakirə etməyə çalışıb, lakin erməni tərəfi buna mane olub.

Onun sözlərinə görə, bundan sonra Azərbaycan tərəfi öz kanalları ilə “ya inteqrasiya siyasəti aparacağıq, ya da mövcud problemlərin həlli olmayacaq, əksinə, daha sərt və daha kəskin addımlar atılacaq” deyə onlara xəbərdarlıq edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo