Siyasət

Rəsmi Bakı: "İrana ümidimiz və etibarımız yoxdur"

Toplum TV
30 Yanvar, 2023
301

Açıq mənbələrdən götürülüb

Toplum TV - Xələf Xələfov

Yanvarın 29-u gecə radələrində Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücum nəticəsində həlak olan baş leytenant Orxan Əsgərovun cənazəsi Azərbaycana gətirilib. Heydər Əliyev hava limanına enən təyyarədə həmçinin Tehrandakı səfirlikdən təxliyyə edilən heyət üzvləri də olub. 

Toplum TV Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, Orxan Əsgərov bu gün saat 12:00-da II Şəhidlər xiyabanında dəfn olunacaq.

Dünən axşam hava limanında jurnalistlərə açıqlama verən xarici işlər nazirinin müavini Xələf Xələfov baş vermiş hadisənin Azərbaycan-İran münasibətlərinə ziyan vurduğunu bəyan edib. 

https://toplum.tv/siyaset/piran-prezidenti-ilham-eliyeve-zeng-etdip

Xələfov açıqlamasında vurğulayıb ki, Azərbaycanın İrandakı səfirliyinin diplomatik fəaliyyəti tamamilə dayandırılıb. 

Onun sözlərinə görə, bu hadisənin baş verməsiylə Azərbaycan ilk dəfə qonşu dövlətdən şəhid alıb. 

"Azərbaycan səfirliyi ilk dəfə şəhid aldı. Həm şəhid Orxan Əsgərov, həm də yaralananlar öz qanları bahasına terror aktının daha ağır nəticələr verməsinin qarşısını ala bildilər. Onlar qəhrəmanlıq göstərdilər. Onlar Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi uğrunda canlarından keçdilər, xəsarət aldılar".

Xələfov həmçinin qeyd edib ki, hansısa ölkədə diplomatik fəaliyyəti dayandırmaq məsuliyyətli qərardır:

"Amma səfirliyimizin əməkdaşlarının təhlükəsizliyinin təminatı ilə bağlı İran tərəfinə ümidimiz və etibarımız yoxdur".

Rəsmi Azərbaycan tərəfinin təhlükəsizliyin təminatı ilə bağlı qayğılarını dəfələrlə qarşı tərəfə çatdırdığını, amma buna biganə yanaşıldığını qeyd edib. 

O, baş vermiş terror hadisəsi və onun ağır nəticələri ilə əlaqədar İranın bir dövlət kimi məsuliyyət daşıdığını sözlərinə əlavə edib. Xələfov həmçinin qeyd edib ki, hadisənin məişət zəminində baş verməsinə dair iddialar abdurddur, çünki bunun əksini sübut edən kifayət qədər sübutlar var: 

“Hadisə baş verəndən dərhal sonra İranın bəzi qurumları terror aktının guya məişət zəminində baş verməyini sırımağa çalışdılar. Bu absurddur və ictimai fikri məsələnin əsas mahiyyətindən uzaqlaşdırır. Amma biləsiniz ki, bizim müvafiq orqanlarımızda cinayətin baş verməsi ilə bağlı kifayət qədər tutarlı sübutlar, materiallar var. Ona görə biz İran tərəfindən tələb edəcəyik ki, istintaq ədalətli aparılsın. Bu işdə əli olan, bu cinayəti törətmiş bütün insanlar ədalət mühakiməsinə cəlb olunmalıdır və öz layiqli cəzasını almalıdır”.

Xələfov Tehrandakı səfirlik diplomatik fəaliyyətini dayandırsa da, qərarın Azərbaycanın Təbrizdəki baş konsulluğunun fəaliyyətinə şamil olunmadığını bildirib. Bununla belə o, vurğulayıb ki, konsulluğun təhlükəsizliyinin təminatına Tehran cavabdehdir. 

Xatırlatma

Azərbaycanın Tehrandakı səfirliyinə hücum yanvarın 27-si səhər saat 8.30 radələrində baş verib.

Silahlı şəxs mühafizə postunu yararaq səfirliyə daxil olub. O, səfirliyin mühafizə xidmətinin rəhbərini qətlə yetirib, daha iki nəfəri isə yaralayıb. 

Hadisə barəsində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb. 

ABŞ, Böyük Britaniya, İsrail, Ukrayna, Rusiya, Türkiyə və digər ölkələr Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyiblər. 
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Rəsmi Bakı İranda saxlanılan azərbayanlı tələbə ilə bağlı açıqlama verib

2 İyun 2023

Rəsmi səhifə

"İranda həbs olunan Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür". Toplum Tv xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda həbs olunmasına münasibət bildirərkən deyib. O xatırladıb ki, Fərid Səfərli barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni martın 9-dan etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İranın məsələyə aydınlıq gətirməsi məqsədilə müvafiq olaraq İranın Azərbaycandakı Səfirliyinə nota ünvanlanıb: Çoxsaylı müraciətlərdən sonra İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə Fərid Səfirlinin ailəsinə müvafiq məlumat verilib". https://toplum.tv/siyaset/pazerbaycanli-telebenin-iranda-casusluq-ittihami-ile-hebs-olundugu-bildirilirp...
Siyasət

Rəsmi Bakı Makronun bəyanatından narazı qalıb

2 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir". Toplum Tv xəbər verir ki, bu barədə iyunun 2-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Kişineu görüşünün nəticələrinə dair yayılmış bəyanata cavab olaraq deyib. Onun sözlərinə görə, Kişineuda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo