Rəsmi Moskva: 2020-ci ildə Ermənistanın tam kapitulyasiyasına Putin imkan verməyib
Açıq mənbələrdən götürülüb
Putin - Paşinyan
Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın 24 sentyabr 2023-cü il tarixli müraciətində “Rusiyaya qarşı qəbuledilməz hücumlar var və bunu rədd etməkdən başqa seçim ola bilməz”.
Toplum Tv xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sentyabrın 25-də verdiyi bəyanatda deyilir.
Rəsmi Movkva növbəti dəfə bəyan edib ki, Nikol Paşinyan daxili və xarici siyasətdəki uğursuzluqlara görə məsuliyyətdən yayınmaq və günahı Moskvanın üzərinə atmaq istəyir:
"Paşinyanın son müddəaları Qərbdən ilhamlanan və rəsmi Yerevanın təkan verdiyi proseslərin, ölkəmiz və müttəfiqlik münasibətlərimiz üçün dağıdıcı proseslərin epizodik yox, sistemli xarakter daşıması ilə bağlı əvvəlki qənaətlərimizi təsdiqləyir".
https://toplum.tv/siyaset/pmakron-rusiya-azerbaycanla-hemreydir-fransa-ermenistani-destekleyecekp
XİN bildirib ki, Rusiya həmişə müttəfiqlik öhdəliklərinə sadiq qalıb, erməni dövlətçiliyinə hörmət edib və respublikanı heç vaxt seçim qarşısında qoymayıb.
Bəyanatda həmçinin qeyd olunub ki, 2020-ci ilin payızında Rusiya Federasiyasının və şəxsən Prezident Vladimir Putinin səyləri Ermənistanın tam kapitulyasiyasının qarşısını almağa imkan verib.
"Əgər Paşinyan həftələr əvvəl atəşkəsə razılaşsaydı, itki daha az ağır olardı", - bəyanatda vurğulanıb.
Rəsmi Moskva Paşinyanı həmçinin centlmen sazişini pozmaqda ittiham edib:
"Paşinyan - Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin noyabrında Dağlıq Qarabağın statusu məsələsini gələcək nəsillərin öhdəsinə buraxmaq barədə centlmen razılaşmasına əməl etmək əvəzinə, Qərbin öyüd-nəsihətlərinə boyun əyib. Praqa və Brüsseldə Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında hərəkət etmək qərarına gəlib. Bu, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalandığı şərtləri, eləcə də Rusiya sülhməramlı kontingentinin mövqeyini əsaslı şəkildə dəyişdi. Ermənistan rəhbərliyinin uzaqgörənliyi ucbatından Ermənistanın təhlükəsizliyinin möhkəmləndirilməsi sahəsində bir sıra sazişləri həyata keçirmək mümkün olmadı, xüsusən də Paşinyan altı ölkənin bütün xarici işlər nazirləri tərəfindən artıq razılaşdırılmış KTMT-nin müşahidə missiyasını respublikanın Azərbaycanla həmsərhəd rayonlarına göndərilməsi barədə qərarını imzalamadı".
Bəyanatın sonunda vurğulanıb:
"Əminik ki, Yerevan rəhbərliyi qəsdən Ermənistanla Rusiya arasında çoxşaxəli və çoxəsrlik əlaqələri pozmağa və ölkəni Qərbin geosiyasi oyunlarının girovuna çevirməyə cəhd edərək çox böyük səhvə yol verir. Əminik ki, Ermənistan əhalisinin böyük əksəriyyəti də bundan xəbərdardır”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Toplum TV