presidenrt.az
Prezidenti İlham Əliyev mayın 16-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyində olub.
Məlumatı “president.az” yayıb.
Məlumatda bildirilir ki, İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verib.
Mayın 13-də Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nahya vəfat edib. Onun 73 yaşı vardı.
BƏƏ rəhbəri 15 milyard dollarlıq sərvətə sahib idi və “Forbes” jurnalına görə dünyanın ən zəngin adamlarından biri hesab olunurdu.
Xəlifə ibn Zayed «Abu Dhabi İnvestment Authority» investisiya fonduna rəhbərlik edib, onun kapitallaşması müxtəlif hesablamalara görə 2008-ci ildə 875 milyard dollara çatıb.
Atasının ölümündən sonra Birləşmiş Ərəb Əmirliklərinin ikinci prezidenti olub. Onun hakimiyyətinin siyasəti qərbyönümlü, islahat yönümlü kimi qiymətləndirilir.
BƏƏ-nin Prezident İşləri üzrə Nazirliyi ölkədə 40 günlük rəsmi matəm elan edib.
Sosial media
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Rasim Balayev AKİ-yə sədr seçildi
Bakıda sorğu: "Azərbaycanda uşaqlar xoşbəxtdirmi?"