açıq mənbədən götürülüb
Prezident İlham Əliyev İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə yardımı ayırıb.
“president.az”ın məluatına görə, İlham Əliyev mayın 24-də Sərəncam imzalayıb.
2024-cü ildə Fransanın Paris şəhərində keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarını yayım hüququnu İctimai Televiziya və Radio Yayımları Şirkəti əldə edib.
“Azərbaycanın 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan İctimai Televiziya və Radio Yayımları Şirkətinə 640 min ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb", - Sərəncamda deyilir.
Sərəncamla Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
İsrailin Azərbaycandakı səfiri İran barədə: Bu qatil rejimin hədələrini ciddi qəbul edin
Sosial mediadan skrinşot
Açıq mənbələrdən götürülüb