Siyasət

Prezident: “Naxçıvan dəhlizindən həm Rusiya, həm Ermənistan istifadə edəcək”

7 Yanvar, 2021
459
FOTO: Sosial Media

"Hazırda Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir. Mən hadisələri qabaqlamaq istəmirəm, amma bu dəhlizin açılması noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb. Ona görə bu, mütləq açılacaq və bölgəyə yeni imkanlar gətirəcək”.

Bunu Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.

Dövlət başçısı vurğulayıb ki, bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm də İran istifadə edəcək: "Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir. Biz öz ərazimizdə Horadiz-Ağbənd dəmir yolunun tikintisinə başlayacağıq. Bununla paralel olaraq, Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpası və müasirləşdirilməsi istiqamətində də işlər aparılacaq. Nəzərə alsaq ki, Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir, bizim tərəfmüqabilimiz, əlbəttə, Rusiyadır. Çünki Ermənistan dövlətinin Mehri dəmir yolu layihəsinə heç bir aidiyyəti yoxdur. Biz bu məsələni Rusiya ilə müzakirə edirik. Çünki Rusiya dəmir yolları Ermənistan dəmir yollarının sahibidir. İlkin müzakirələr müsbətdir. Hələlik bu qədər. Gələcək hadisələr haqqında məlumat veriləcək”.

Siyasət

İsrailin Azərbaycandakı səfiri İran barədə: Bu qatil rejimin hədələrini ciddi qəbul edin

16 Avqust 2022

Sosial mediadan skrinşot

İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün, avqustun 16-da "tvitter"də britaniyalı yazıçı Salman Rüşdinin bıçaqlanmasıyla bağlı video müraciət yayıb.  Corc Dik müraciətində deyib:  "İranın Azərbaycandakı səfiri yaxınlarda məni ölümlə təhdid etdi. O, "tvitter"də yazdı ki, mən qırmızı xətti keçmişəm, ona görə də İran xalqı məni dəfn edəcək. İndi siz Salman Rüşdinin bıçaqlandığını eşidərkən mənim nə düşündüyümü təsəvvür edə bilərsiniz. Çünki İran həm də demişdi ki, o, [Salman Rüşdi] qırmızı xətti keçib və onu da ölümlə hədələmişdi. Və terrorçu onu günün günorta çağl öldürməyə cəhd etdi. Ona görə də indi siz mənim müəyyən qədər şəxsi hisslərimi təsəvvür edə bilərsiniz.  https://toplum.tv/siyaset/iranin-azerbaycandaki-sefiri-israilli-hemkarini-tehdid-etdi Həftələr...
Siyasət

Qarabağ Azadlıq Təşkilatı adını dəyişir, partiyaya çevrilir

16 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Qarabağ Azadlıq Təşkilatı adını dəyişib Azad Vətən Partiyasına çevriləcək.  Bunu təşkilatın sədri Akif Nağı avqustun 16-da APA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, qanunvericilik təşkilatın yenidən təşkilinə icazə verir. Bununla əlaqədar Təşkilat Komitəsi yaradılıb, sabah qurultay keçiriləcək. Qurultayda Qarabağ Azadlıq Təşkilatının Azad Vətən Partiyasına çevrilməsi barədə qərar qəbul ediləcək. Partiya sədrliyinə namizəd Akif Nağıdır. "Qarabağ Azadlıq Təşkilatı" - 1993-cü ildə yaradılıb.  Təşkilatın ilk adı Qarabağ Azadlıq Hərəkatı olub, 2000- ci il yanvarın 28-də keçirilən qurultayda adın indiki forması - Qarabağ Azadlıq Təşkilatı qəbul olunub. 

Seçilmiş Videolar

Toplum TV loqo