President.az
Prezident İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.
Prezidentin rəsmi saytında dərc olunan Sərənacama əsasən, Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında əldə etdikləri ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
- birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min), onun məşqçisinə 100 000 (yüz min) manat;
- ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min), onun məşqçisinə 50 000 (əlli min) manat;
- üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min), onun məşqçisinə 25 000 (iyirmi beş min) manat.
Prezident həmçinin Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
sərəncamla XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri təltif edilibər:
“Şöhrət” ordeni ilə
Astanov Elvin Əmrah oğlu
Heydari Hamed Moharramali oğlu
Salei Raman Sergeyeviç
1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Aslanov Orxan Əlövsət oğlu
Hacıyeva Şəhanə İbadət qızı
Hüseynova Xanım Akif qızı
İsrafilov Vəli Rəşadət oğlu
Kərimova Dürsədəf Muxtar qızı
Rəhimli Hüseyn Natiq oğlu
Şirinli Vüqar Tofiq oğlu
Vəliyeva Lamiyə Rövşən qızı
Vəliyeva Sevda Rasim qızı
Zəkiyev İlham Əzizağa oğlu
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Abaslı Namiq Zülfüqar oğlu
Məmmədov Pərvin Rasim oğlu
Nəcəfzadə Səid Əli oğlu
3-cü dərəcəli “Əmək” ordeni ilə
Culfayev Alavərdi Abasoviç
Məmmədov Rəşad Nizami oğlu
Zayets Vladimir Vladimiroviç
“Tərəqqi” medalı ilə
Ağakişiyev Fərid İbili oğlu
Əliyev Elvin Adil oğlu
Əliyev Elvin Elman oğlu
Əliyev Rəşad Rauf oğlu
Əliyev Tofiq Zöhrab oğlu
İbrahimov İbrahim Eldar oğlu
Məmmədov Rasim Məmməd oğlu
Məmmədov İmamverdi Ağaverdi oğlu
Nağıyev Mehdi Əli oğlu
Panyutin Oleq Viktoroviç
Zahidov Azad Zakir oğlu.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər