Roma Papası və BMT-nin baş katibi Qarabağdakı əməliyyatlarla bağlı çağırış ediblər
PBS
Papa
Roma Papası Fransisk Müqəddəs Pyotr meydanındakı müraciəti zamanı Qarabağda hərbi əməliyyatları dayandırmağa çağırıb.
Toplum Tv xəbər verir ki, Papa çıxışı zamanı bütün tərəfləri atəşi dayandırmağa və ləyaqətli sülh üçün səylər göstərməyə çağırıb.
Öz növbəsində BMT-nin baş katibi Antonio Quterreş də bölgədə hərbi əməliyyatları dərhal dayandırmaq barədə çağırış edib.
Baş katib bölgədə hərbi gücün tətbiqi və itkilər barədə yayılan məlumatlardan hədsiz narahat olduğunu bildirib.
Quterreş gərginliyi azaltmağa, atəşkəsə və beynəlxalq humanitar hüquq prinsiplərinə daha ciddi riayət etməyə çağırıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ, Avropa İttifaqı, Almaniya, Fransa və digər ölkələr Qarabağda atəşkəsi dərhal dayandırmaq barədə çağırışlar ediblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Toplum TV