NBC News
Toplum TV - Roma Papası
Papa Fransisk yanvarın 29-da minlərlə dindarla birlikdə Müqəddəs Pyotr meydanında dua edib.
Toplum TV xəbər verir ki, çıxışı zamanı o, növbəti dəfə Laçın yolu ilə bağlı müraciətini təkrar edərək, "Cənubi Qafqazda, Laçın dəhlizində ağır humanitar vəziyyətin" olduğunu bildirib.
“Mən qış çağında özümü bu qeyri-insani şəraitlə üzləşmək məcburiyyətində qalanlara yaxın hiss edirəm. İnsalıq naminə beynəlxalq səviyyədə dinc həll yollarının tapılması üçün səylər göstərilməlidir”, - deyə Papa çıxışında bildirib.
Ermənistan mətbuatının yazdığına görə, Qarabağın ermənilər yaşayan hissəsində humanitar böhran günü-gündən şiddətlənir. Məlumata görə, əsas ərzaq növləri kuponla satılır, dərman qıtlığı var, elektrik enerjisi gündə bir neçə saat verilir, məktəblər və uşaq bağçaları bağlanıb, Ermənistandan bölgəyə verilən qaz vaxtaşırı kəsilir.
Öz növbəsində Azərbaycan tərəfi yolun bağlanması ilə bağlı iddiaları rədd edir. Rəsmi Bakı bildirir ki, yolun hər iki istiqaməti avtomobillərin hərəkəti üçün açıqdır. Həmçinin Bakı bölgə ermənilərinə humanitar yardım etməyə hazır olduğunu bəyan edib.
Azərbaycan fəallarının Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası dekabrın 12-də başlayıb.
Etirazçılar Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına qarşı çıxır, azərbaycanlı mütəxəssislərin mədənlərin monitorinqini aparmasına imkan yaradılmasını tələb edirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər