Rusiya Ermənistana Avropadan uzaq durmaqla bağlı xəbərdarlıq edib
Rəsmi səhifə
Volodin - Qafarova
Fevralın 13-də Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Milli Məclisin sədri Sahibə Qafarova arasında görüş keçirilib.
Toplum TV xəbər verir ki, bu barədə Dumanın rəsmi saytı məlumat verib.
Bildirilir ki, görüş əsnasında Volodin və Qafarova Dövlət Duması ilə Milli Məclis arasında Əməkdaşlıq Sazişi imzalayıblar.
Volodin Qafarova ilə görüşdə Dövlət Duması ilə Azərbaycan Parlamenti arasında ölkə başçılarının qərarlarının, xüsusilə Müttəfiqlik Haqqında Bəyannamənin qanunvericilikdə təmin edilməsi üçün qarşılıqlı fəaliyyəti aktivləşdirməyi təklif edib.
Tərəflər görüş zamanı Qarabağdakı vəziyyətə də toxunublar.
Milli Məclisin sədri çıxışı zamanı vurğulayıb ki, Azərbaycan bu məsələnin həllində Rusiya Prezidenti Vladimir Putinin rolunu yüksək qiymətləndirir.
https://toplum.tv/siyaset/plavrov-azerbaycan-torpaqlarini-geri-qaytaribp
Dövlət Dumasının sədri isə öz növbəsində Avropa strukturlarını, xüsusən də Avropa Parlamenti və AŞPA-nı regiondakı vəziyyətin həllinə cəlb etmək cəhdləri barədə xəbərdarlıq edib, onların Ukraynadakı fəaliyyətinin nəyə gətirib çıxardığını xatırladıb. Volodin vurğulayıb ki, münaqişənin həlli Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı saziş əsasında aparılmalıdır.
“Avropa Parlamentini və AŞPA-nı prosesə cəlb etmək istəyərkən 10 dəfə düşünməli, Ukrayna, Yuqoslaviya və digər ölkələrin timsalında bunun necə yekunlaşa biləcəyi barədə düşünməliyik. Sülh istəyən, vəziyyəti həll etmək istəyən istənilən kəs bu kvazi-parlamentlərdən - istər AŞPA-dan, istərsə də Avropa Parlamentindən nəinki uzaq durmalıdır, həm də anlamalıdır ki, onların iştirakı vəziyyəti gərginləşdirəcək, getdikcə daha çox problemlər yaradacaq. Əgər onlar bunu edərlərsə, o zaman nəticələrə görə məsuliyyət daşımalıdırlar”, - Vyaçeslav Volodin vurğulayıb.
“Gəlin dövlət başçılarının - Azərbaycan, Ermənistan və Rusiya səviyyəsində qəbul olunmuş qərarlarından çıxış edək. Biz bunu rəhbər tutacağıq və öz tərəfimizdən razılaşmaların həyata keçirilməsi üçün hər şeyi edəcəyik”, - deyə Vyaçeslav Volodin bildirib və əlavə edib: “Avropa qurumları istiqamətində bəyanatlar verənlər isə sadəcə olaraq ölkəni itirə bilərlər”.
Xatırlatma
Avropa İttifaqı Şurası yanvar ayında Ermənistan-Azərbaycan sərhədində “sabitliyə tövhə vermək” məqsədi ilə mülki missiya yaratmaq barədə Yerevanla razılığa gəlib. Qurumdan bildirilib ki, bu missiya iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində əlverişli mühitin və etimadın yaradılmasına töhfə verəcək.
Monitorinq missiyası iki il müddətinə müəyyənləşdirilib və Ermənistanda sərhəddə patrul xidməti həyata keçirəcək.
Azərbaycan tərəfi sərhəd ərazisinə birtərəfli razılaşma əsasında Avropa İttifaqı Şurası missiyasının yerləşdirilməsinin sülh prosesinə töhfə verməyəcəyini bəyan edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Rəsmi səhifə