Siyasət

Rusiyada büdcə kəsiri artır: Bu, iqtisadiyyat üçün nə qədər təhlükəlidir?

Yadigar Sadıqlı
23 May, 2023
279

Açıq mənbələrdən götürülüb

Kreml

Xərclərin artması fonunda Rusiya büdcəsinin defisiti böyüməkdə davam edir. Müharibə dövründə hakimiyyətin xərcləri azaltmaq imkanı çətin ki, olsun. Yaxın zamanlarda nə qədər çox qənaət etmək lazım gələcək və rezervlər böyüyən fərqi qapatmağa qadirdirmi?

Yanvar-aprel nəticələrinə görə, büdcə defisiti rekord səviyyədə olub – 3,4 trilyon rubl. Hakimiyyətin payızdakı proqnozuna görə, bütün 2023-cü il ərzində defisit daha az – 2,9 trilyon olmalı idi.

Büdcə gəlirləri azalmaqda davam edir? Yanvar-apreldə onlar 7,8 trilyon rubl təşkil edib ki, bu, ötən ilin analoji dövründən 22% azdır. Neft-qaz gəlirləri 52% azalıb. Xərclər isə sürətlə artır.

Mayda göstəricilər bir qədər yaxşılaşıb. Operativ məlumatlara görə, xərclərin artım tempi azalıb, amma bu, ola bilər, ayın əvvəlində çoxlu bayram günləri ilə bağlıdır. Büdcə defisiti, doğrudur, 4 trilyonu bir qədər keçib, ancaq ayın yekununa görə az ola bilər, çünki gəlirlərin bir hissəsi ayın sonunda daxil olur.

https://toplum.tv/siyaset/perdoganin-hakimiyyete-gelisinden-beri-tuumlrkiye-nece-deyisibp

Maliyyə nazirliyi uzun müddət ərzində ilk dəfə ötən həftə konsolidasiyalı büdcə barədə məlumatları yaydı – bu məlumatlar federal büdcə və regionların büdcəsi ilə bağlı vəziyyətin cəmidir. Yalnız yanvar və fevral üçün məlumatlar əlçatandır, amma orada defisit daha böyükdür – 6 trilyon rubldan çox.

Hakimiyət defisiti qapatmaq üçün Rusiyanın əsas rezerv fondunun – Milli Rifah Fondunun (MRF) vəsaitlərindən istifadə edir. Onlar, çox güman, yaxın iki il üçün kifayət edəcək, amma hökumət müddəti bir az da uzada bilər – digər xərcləri ixtisar edəcək, ya da əhalidən borc alacaq.

Bu nəhəng xərclər müharibə və sanksiyalar fonunda Rusiya iqtisadiyyatının gözlənilməz davamlılığının səbəblərindən biri ola bilər. Böhran iqtisadçıların təxmin etdiyindən xeyli daha dərin oldu. Ola bilər, Kreml bunu sadəcə pullarla doldurub.

Rusiya büdcəsi ilə nə baş verib?

Rusiya hökuməti özlərinin büdcə siyasəti ilə illərdir fəxr edirdi: digər ölkələrdən fərqli olaraq, Rusiya büdcəsi ilbəil profisitlə bağlanırdı, ölkə artıq pullar xərcləmir və ehtiyat yığırdı. Dünya bankı və Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq təşkilatlar belə məsuliyyətli büdcə siyasətinə görə rus hökumətini tərifləyirdilər.

Müharibə həmin sistemi sındırdı. Özü də bu, təkcə neft sektorunun gəlirlərini çökdürən sanksiyalarla deyil, həm də sürətlə artan xərclərlə əlaqəlidir. 

Yanvar və fevralda büdcənin əsas xərci “milli müdafiə”nin payına düşüb (1 marta qədər 2 trilyon rubl).

Ölçüsünə görə xərclərin ikinci maddəsi sosial siyasətdir (1,2 trilyon rubl). Buraya müxtəlif sosial ödənişlər daxil ola bilər, məsələn, üzvünü itirən ailələrə ödənişlər.

“Bloomberg” “Elektron büdcə” məlumatları əsasında martın sonlarında belə bir qənaətə gəlib ki, məxfiləşdirilən xərclər bir il ərzində iki dəfədən çox artıb: 880 milyard rubldan 2,02 trilyon rubla qədər.

Federal büdcədə məxfi xərc maddələri müharibədən əvvəlki dövrdə də olub: hərbi, təhlükəsizlik, elmi-tədqiqat fəaliyyəti və s. ilə bağlı xərclər bu kateqoriyaya aiddir. İndi onların payı artıb.

Apreldə xərclər bir az da çoxalıb və 3,1 trilyon rubl təşkil edib. “Bloomberg Economics” eksperti Aleksandr İsakov deyir ki, bu ayda xərc norması 2,5 trilyon rubl səviyyəsində olurdu.

İsakov düşünür ki, cari plana sığmaq üçün Maliyyə nazirliyi hər ay ötəl ilkindən təxminən 0,5 trilyon rubl az xərcləməlidir. Amma hələ ki, dörd ayın hər birində xərclər gözləntilərdən çox olub.

İqtisadçı Aleksandra Osmolovskaya-Suslinanın fikrincə, ixtisar çətin ki, hərbi xərclərin hesabına aparılsın. O deyir, hökumət yəqin ki, başqa maddələr üzrə xərcləri azaldacaq.

Sanksiyaların nəticələri

Rekord defisitin başqa səbəbi – büdcənin neft-qaz gəlirlərinin kəskin azalmasıdır. AB ölkələrinə Rusiya neftinin tədarükünə qoyulan embarqo və qiymət tavanının tətbiqi (barreli 60 dollar) buna aparıb çıxarıb. Nəticədə, Rusiya nefti bütün dünyada endirimlə satılır.

Energetika və maliyyə institutunun prezidenti Marsel Salihov hesab edir ki. Rusiyadan neft və neft məhsullarının ixracı yüksək səviyyədədir. Belə ki, may ayında Rusiya neftinin dəniz təchizatı sutkada 4,1 milyon barrel kimi rekord göstəriciyə çatıb.

KİV Rusiyanın öz ixracının istiqamətini ümumən asanlıqla dəyişə bilməsindən, Çin və Hindistan timsalında yeni alıcılar tapmasından mütəmadi yazır.

 Salihov deyir ki, son həftələr axırıncı təyinat nöqtəsi naməlum qalan ixracın payı artır. O, bunu qiymət tavanı ilə bağlı sanksiya məhdudiyyətindən yayınmaqla əlaqələndirir.

Kiyev iqtisadiyyat məktəbinin sifariş etdiyi tədqiqatın ekspert-müəllifləri də Rusiyanın sanksiya mexanizmini pozduğunu daha əvvəl xəbər verirdilər. Onlar Primorsk vilayətində yerləşən Kozmino limanından ixraca göndərilən neftin 95 faizinin 60 dollardan baha satıldığını müəyyənləşdiriblər.

Aprelin ikinci yarısı və mayın əvvəllərində Rusiya neftinə endirim barrelə 24 dollar idi. Son aylar endirim azalır, ola bilər, yeni təchizat marşrutlarının tapılması, eləcə də neft hasilatına qoyulan limit öz sözünü deyir.

İndiki ssenari ilə MRF nə qədər bəs edər?

Aleksandr İsakov deyir ki, əgər xərclər 31-32 trilyon rubl səviyyəsində olarsa, ilin yekununda büdcə defisiti 5-6 trilyon rubl təşkil edə bilər.

O, hesab edir ki, defisitin yarısı MRF-dən ödəniləcək, bu da Maliyyə nazirliyinin 2023-cü il planına uyğun gəlir. Qalanı isə federal istiqraz vərəqələrinin buraxılması ilə maliyyələşə bilər. Hökumətə borcu, yəqin, Rusiya biznesi verəcək.

İsakov qeyd edir ki, bu səviyyədə defisiti qapatmaq üçün MRF-nun vəsaitləri bir neçə il bəs edər.

https://toplum.tv/dunya/pputinin-9-may-qelebe-paradi-niye-soumlnuumlk-keccedildip

Son ayda onun həcmi böyüyüb: aprelin əvvəlində 11,9 trilyon rubl idi, mayın əvvəlində 12,5 trilyon olub. Fondun həcmi vəsait axınına görə deyil, rublun zəifləməsi və fondun vəsaitləri hesabına alınan  bəzi qiymətli kağızların bahalaşması hesabına baş verir.

Amma büdcə defisitinin maliyyələşməsinə fondun yalnız likvid hissəsi gedir – həmin pulları asanlıqla və sürətlə xərcləmək olar. Belə aktivlərin həcmi 6,8 trilyon rubldur.

“Digər tərəfdən, hökumət xərcləri maliyyələşdirmək üçün vergi yükünü artıra bilər və artırır da”, - İsakov deyir.

Aleksandra Osmolovskaya-Suslinanın fikrincə, MRF-nin rezervləri iki ildən çox bəs etməyəcək. O, hesab edir ki, büdcə defisitini yalnız xərcləri bölüşdürmək hesabına azaltmaq mümkündür, amma hökumət büdcə maddələrini hərbi xərclərin xeyrinə qayçılayacaq.

“MRF-dən əlavə mənbənin qalmadığı bir şəraitdə defisiti şişirtmək olduqca ehtiyatsız addımdır”. – ekspert belə hesab edir.

Mənbə: BBC

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Rəsmi Bakı İranda saxlanılan azərbayanlı tələbə ilə bağlı açıqlama verib

2 İyun 2023

Rəsmi səhifə

"İranda həbs olunan Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür". Toplum Tv xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda həbs olunmasına münasibət bildirərkən deyib. O xatırladıb ki, Fərid Səfərli barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni martın 9-dan etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İranın məsələyə aydınlıq gətirməsi məqsədilə müvafiq olaraq İranın Azərbaycandakı Səfirliyinə nota ünvanlanıb: Çoxsaylı müraciətlərdən sonra İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə Fərid Səfirlinin ailəsinə müvafiq məlumat verilib". https://toplum.tv/siyaset/pazerbaycanli-telebenin-iranda-casusluq-ittihami-ile-hebs-olundugu-bildirilirp...
Siyasət

Rəsmi Bakı Makronun bəyanatından narazı qalıb

2 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir". Toplum Tv xəbər verir ki, bu barədə iyunun 2-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Kişineu görüşünün nəticələrinə dair yayılmış bəyanata cavab olaraq deyib. Onun sözlərinə görə, Kişineuda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo