Rza Talıbov atasının istefasından sonra ilk dəfə ictimaiyyət arasında görünüb
Unikal.az
Rza Talıbov
Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbov bu gün, yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarətə gələnlər arasında olub.
Toplum TV xəbər verir ki, bu barədə yerli KİV məlumat verir.
Bildirilir ki, Dövlət Miqrasiya Xidmətinin (DMX) Vətəndaşlıq Məsələləri Baş idarəsinin rəisi olan Rza Talıbov DMX rəhbərliyi ilə birlikdə Xiyabanı ziyarət edib.
Bir müddət əvvəl onun işdən çıxması, ondan sonra isə uzunmüddətli məzuniyyətə göndərilməsi ilə bağlı xəbərlər yayılmışdı, amma bu iddialar təsdiqlənməyib.
https://toplum.tv/siyaset/phesablama-palatasi-naxccedilivanda-yoxlamalar-aparacaqp
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov ötən ilin noyabr ayında vəzifəsindən istefa verib. Bir müddət sonra onun qardaşı Məhərrəm Talıbov Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsini itirib. Həmçinin Vasif Talıbovun digər ailə üzvləri də vəzifələrindən azad olunublar.
Vasif Talıbov vəzifəsindən azad ediləndən sonra Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib. Prezident İlham Əliyevin sərəncamıyla Fuad Nəcəfli xüsusi nümayəndə kimi Naxçıvana göndərilib. Vasif Talıbov vəzifədən gedəndən sonra Naxçıvanda vaxtaşırı həbslər, vəzifədən azad olunmalar və yoxlamalar baş verir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Sosial Media
Açıq mənbələrdən götürülüb