Açıq mənbələrdən götürülüb
Şarl Mişel
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel regiondakı vəziyyət barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Toplum TV bildirir ki, bu haqda sentyabrın 21-i Prezidentin mətbuat xidmət məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı Şarl Mişel regionda baş vermiş hadisələrlə bağlı narahatlığını ifadə edib.
O, antiterror tədbirlərinin dayandırılmasını və Yevlaxda keçiriləcək görüşü müsbət hal kimi qiymətləndirərək atəşkəs rejiminin təmin olunacağına ümid etdiyini bildirib.
Prezident İlham Əliyev cavabında, Ermənistan silahlı qüvvələrinin Qarabağda törətdikləri terror aktları nəticəsində polis əməkdaşlarının və mülki şəxslərin həlak olduğunu qeyd edərək Azərbaycanın buna cavab olaraq lokal xarakterli antiterror tədbirləri görməli olduğunu vurğulayıb.
Dövlət başçısı Yevlax görüşündə ermənilərin mədəni, dini, bələdiyyə və digər hüquqları ilə bağlı məsələlərin müzakirə ediləcəyini də diqqətə çatdırıb.
Telefon danışığından sonra Şarl Mişel rəsmi "X" səhifəsində ermənilərin hüquqları və təhlükəsizliyi məsələsini diqqətə çatdırıb.
"Azərbaycan tərəfindən Qarabağ ermənilərinə qarşı tam atəşkəs və təhlükəsiz, ləyaqətli rəftarın təmin edilməsi üçün bu səhər Əliyevə zəng etdim.
Onların hüquqları və təhlükəsizliyi etibarlı şəkildə təmin edilməlidir. Dərhal humanitar yardım üçün giriş lazımdır", - Mişel açıqlayıb.
Qeyd edək ki, Azərbaycanın keçirdiyi anti-terror əməliyyatında sonra əldə olunan razılaşma əsasında Qarabağın erməni sakinlərinin nümayəndələri bu gün, sentyabrın 21-də görüş üçün Yevlax rayonuna gəliblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Toplum TV