Səfirliyə hücum zamanı həlak olan Orxan Əsgərov dəfn edildi
Toplum TV
Orxan Əsgərov dəfn edildi
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı həlak olan mühafizə rəisi Orxan Əsgərov bu gün, yanvarın 30-da II Fəxri Xiyabanda dəfn edilib.
Toplum TV xəbər verir ki, dəfn mərasimində hökumət rəsmilərilə yanaşı, İranın və Türkiyənin Azərbaycandakı səfirlik nümayəndələri də iştirak ediblər.
Orxan Əsgərovun nəşi Bakıya yanvarın 29-da gətirilib. Heydər Əliyev hava limanına enən təyyarədə həmçinin Tehrandakı səfirlikdən təxliyyə edilən heyət üzvləri də olub.
https://toplum.tv/siyaset/presmi-baki-quotirana-uumlmidimiz-ve-etibarimiz-yoxdurquotp
Azərbaycanın Tehrandakı səfirliyinə hücum yanvarın 27-si səhər saat 8:30 radələrində baş verib.
Silahlı şəxs mühafizə postunu yararaq səfirliyə daxil olub. O, səfirliyin mühafizə xidmətinin rəhbərini qətlə yetirib, daha iki nəfəri isə yaralayıb.
Hadisə barəsində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb.
ABŞ, Böyük Britaniya, İsrail, Ukrayna, Rusiya, Türkiyə və digər ölkələr Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyiblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Rəsmi səhifə