Separatçılar təcili iclas keçirib, beynəlxalq güclərdən şikayətləniblər
Açıq mənbələrdən götürülüb
Separatçılar təcili iclas keçirib
Sentyabrın 20-də Qarabağdakı separatçı rejimin "prezidenti" Samvel Şahramanyan "təhlükəsizlik şurası"nın geniş iclasını çağırıb.
Toplum Tv xəbər verir ki, bu barədə qondarma rejimin informasiya idarəsi məlumat yayıb.
Bildirilir ki, iclas əsnasında Azərbaycanın başlatdığı anti-terror əməliyyatı nəticəsində yaranmış vəziyyət və atılacaq addımlar müzakirə edilib.
https://toplum.tv/siyaset/pmuumldafie-nazirliyi-qarabagdaki-ehali-mecburen-nbspsilahlandirilirp
Şahramanyan çıxışında beynəlxalq aktorların bölgədəki mövcud vəziyyət və onun aradan qaldırılması üçün reaksiyasının qeyri-adekvat olduğunu bildirib.
Onun sözlərinə görə, yaranmış vəziyyətlə bağlı beynəlxalq güclər heç bir əməli addım atmırlar.
Şahramanyan bu kontekstdə əhalinin fiziki təhlükəsizliyini təmin etmək üçün müvafiq addımlar atmağa məcbur qalacaqlarını bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Toplum TV