Sosial Media
Sevinc Vaqifqızı
AbzasMedia-nın baş redaktoru Sevinc Vaqifqızına qarşı 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə qaçalmalçılıq) ittihamı ilə cinayət işi açılıb.
Toplum TV xəbər verir ki, bu barədə noyabrın 21-də vəkil Elçin Sadıqov məlumat verib.
Onun sözlərinə görə, Sevinc Vaqifqızı axşam saatlarında Xətai Rayon Məhkəməsinə çıxarılacaq.
https://toplum.tv/siyaset/pvasinqton-uumllvi-hesenlinin-saxlanilmasina-reaksiya-veribp
Bundan əvvəl, noyabrın 20-də AbzasMedianın direktoru Ülvi Həsənli hava limanında saxlanılıb. Abzas Medianın ofisində axtarış zamanı 40 min avro vəsaitin aşkarlandığı iddia edilib. Ülvi Həsənliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham irəli sürülüb.
Dünən ictimai fəal Məhəmməd Kekalovun da evindən mülki geyimli polis əməkdaşları tərəfindən aparıldığı məlum olub. Onun harada olması hələ də məlum deyil.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Toplum TV