Açıq mənbələrdən götürülüb
Sergey Şoyqu
"Qərb Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etməyə, Qafqazda mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır".
Toplum TV xəbər verir ki, bunu mayın 25-də Minskdə KTMT-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
"Qafqaz regionundakı vəziyyətə gəlincə, bu, daha çox Ermənistan-Azərbaycan münaqişəsinin həllinin səviyyəsi ilə müəyyən edilir. İndi Dağlıq Qarabağda təhlükəsizliyi Rusiyanın sülhməramlı kontingenti dəstəkləyir. Bununla belə, Qərb hər vəchlə Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etməyə, Qafqazda mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır”, - deyə o bildirib.
Onun fikrincə, Qərb üçün əsas məsələ uzunmüddətli perspektivdə regionun təhlükəsizliyini və rifahını təmin etmək yox, Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır.
"Buna misal olaraq Avropa İttifaqının hərbi qulluqçulardan və kəşfiyyatçılardan ibarət Ermənistanda mülki missiyasını göstərmək olar. Düşünürəm ki, onların əslində nə işlə məşğul olduğunu izah etməyə ehtiyac yoxdur. Bu baxımdan biz KTMT missiyasının regiona göndərilməsi üzrə işi davam etdirməyi bunu zəruri hesab edirik”, - deyə nazir bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb