Sosial Media
Şuşa-Xankəndi yolunda aksiya
Özlərini ekologiya fəalları kimi təqdim edən və Şuşa-Xankəndi yolunda etiraz edən vətəndaşların aksiyasının daha da genişlənəcəyi bildirilir.
Toplum TV xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
"Heç bir halda, aksiyanı dayandırmaq fikrində deyilik. Baxmayaraq ki, bu gün bizim tələblərimizə cavab verilməsini gözləyirdik. Lakin Rusiya sülhməramlıları razılıq vermədi. Biz isə aksiyamızı daha da genişləndirdik və şüarlarımızı daha da güclü səsləndirməkdə davam edirik. Heç bir qüvvə istədiklərimizi həyata keçirməyənə qədər bizi buradan uzaqlaşdıra bilməz”, - bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Arzu Əliyeva APA-ya deyib.
https://toplum.tv/siyaset/pqarabaga-qaz-neqli-berpa-edilibp
Aksiyanın genişləndirilməsi barədə qərar bu gün Rusiya sülhməramlı kontingentinin növbəti dəfə azərbaycanlı mütəxəsisləri Qarabağdakı faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmalarına icazə verməməsindən sonra verilib.
Azərbaycan fəallarının Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq 5 gündür davam edir.
Etirazçılar Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına qarşı çıxır, azərbaycanlı mütəxəssislərin mədənlərin monitorinqini aparmasına imkan yaradılmasını tələb edirlər. Onlardan bəziləri mətbuata açıqlamalarında Rusiya sülhməramlı qüvvələrinin komandanı Andrey Volkov əraziyə gələnə qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Xocalıda erməni sakinlərin nümayəndələriylə görüşün nəticələri açıqlandı
Açıq mənbələrdən götürülüb
Rəsmi Moskva: 2020-ci ildə Ermənistanın tam kapitulyasiyasına Putin imkan verməyib
Açıq mənbələrdən götürülüb