Siyasət

Tehran İsrail Prezidentinin Azərbaycan səfərinə münasibət bildirib

Toplum TV
31 May, 2023
148

Rəsmi səhifə

İsrail Prezidentinin Bakıya səfəri

“Sionist rejimin heç bir regional fəaliyyəti İran İslam Respublikasının diqqətindən yayınmır"

Toplum TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani İsrail Prezidenti İsxaq Hersoqun Bakıya səfərini şərh edərkən bildirib. 

"Hörümçək toru etibarsızdır və onun regional mövcudluğunu genişləndirmək uğrunda mübarizə “saxta rejimin” sarsılmış daxili bünövrəsini düzəltməyə kömək etməyəcək. Bütün dünyada insanlar sionist rejimə nifrət edirlər, onun gələcəyi yoxdur”, - deyə Kənani "Tvitter" hesabında yazıb.

https://toplum.tv/siyaset/pisrail-prezidenti-azerbaycana-resmi-sefere-gelibp

İsrail Prezidenti İsxaq Hersoqun Bakıya səfəri 30-31 may tarixlərinə təsadüf edib. Burada o, Prezident İlham Əliyev başda olmaqla bir sır rəsmi şəxslərlə görüşlər keçirib, yerli yəhudi icması ilə görüşüb, həmçinin paytaxtda gəzintiyə çıxıb. 

“Dostum, Azərbaycan Prezidenti İlham Əliyevə, İsrailin əsl dostuna öz iqamətgahında səmimi qarşılamaya görə təşəkkür edirəm. İsrail Azərbaycana mühüm strateji tərəfdaş və regional sabitliyin mənbəyi kimi baxır”, - İsrail Prezidenti Bakıya səfər təəssüratını bölüşərkən vurğulayıb. 
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Avropa Məhkəməsi Qubad İbadoğlu ilə bağlı iddianı təmin etdi

Toplum TV
21 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Avropa İnsan Hüquqları Məhkəməsi müxalif siyasətçi Qubad İbadoğlunun işi ilə bağlı vəkillərin şikayətinin bütün bəndlərini təmin edən qərar verib.  Toplum TV xəbər verir ki, bu barədə sentyabrın 21-i ADR sədrinin qardaşı Qalib Turan öz "feysbuk" səhifəsində açıqlayıb. Belə ki, məhkəmənin iş üzrə 39-cu Qaydasına uyğun olaraq həbsdə olan İbadoğlunun Azərbaycan hökumətinə onun xəstəxanaya köçürülməsi, müvafiq tibbi müayinələrinin aparılması və adekvat müalicəsinin təşkil olunması, həmçinin onun sağlamlıq durumu barədə mütəmadi olaraq Avropa Məhkəməsinin məlumatlandırılması vəzifəsi qoyulub. Qərarda 39-cu qaydada göstərilən tədbirlərə əməl edilməyəcəyi halda Konvensiyanın 34-cü maddəsinin pozulmasına səbəb olacağı bildirilib. Bundan başqa, növbətçi məhkəmə 20 sentyabr qərarı ilə Qubad İbadoğlunun...
Siyasət

Əliyev Putinə sülhməramlıların ölümünə görə başsağlığı verib

Toplum TV
21 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. Toplum Tv xəbər verir ki, bu barədə sentyabrın 21-də Kremlin mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Azərbaycan dövlət başçısı Rusiya sülhməramlılarının ölümü ilə bağlı üzr istəyib və başsağlığı verib.   https://toplum.tv/siyaset/pqarabagdaki-gerginlik-neticesinde-200-den-ccedilox-ermeninin-oumllduumlyuuml-bildirilirp Tərəflər telefon söhbəti əsnasında Qarabağ məsələsini də müzakirə ediblər. Məlumata görə, Putin Əliyevlə söhbətində Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Tərəflər danışıqlar prosesini, o cümlədən Bakı ilə Yerevan arasında sülh müqaviləsinin hazırlanmasını aktivləşdirmək barədə razılığa gəliblər. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Qarabağda ötən gün Rusiya sülhməramlılarını daşıyan avtomobil atəşə tutulub, bir neçə nəfər həlak olub. Maşına...

Seçilmiş Videolar

Toplum TV loqo