Sosial Media
Səfirliyə hücum
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və daxili işlər naziri Əhməd Vahidi bu gün, yanvarın 27-də Azərbaycan Respublikasının səfirliyinə qanlı hücumla bağlı müxtəlif məsələləri, o cümlədən silahlı basqınçının motivi və məqsədlərini müzakirə ediblər.
Toplum TV xəbər verir ki, bu barədə "Təsnim" agentliyi məlumat yayıb.
"Onlar sübutlar və ilkin müşahidələrdən belə nəticəyə gəliblər ki, hücumun arxasındakı motiv “tamamilə şəxsi” olub.
Bundan əlavə, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin və diplomatlarının normal fəaliyyətini təmin etmək üçün lazımi təhlükəsizlik tədbirləri görülüb", - deyə məlumatda qeyd olunub.
Həmçinin bildirilib ki, hücumun arxasında duran "şəxsi motivin" müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
https://toplum.tv/multimedia/pazerbaycan-sefirliyine-edilen-huumlcumun-videosu-yayildip
Azərbaycanın Tehrandakı səfirliyinə hücum yanvarın 27-si səhər saat 8.30 radələrində baş verib.
Silahlı şəxs mühafizə postunu yararaq səfirliyə daxil olub. O, səfirliyin mühafizə xidmətinin rəhbərini qətlə yetirib, daha iki nəfəri isə yaralayıb.
Hadisə barəsində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi səfirliyə edilən hücumun şəxsi zəmində baş verməsi barədə iddiaların əsassız olduğunu və hücumla bağlı bütün məsuliyyətin İran tərəfinin üzərinə düşdüyünü bildirib.
Prezident İlham Əliyev səfirliyə edilən hücumu terror adlandırıb və bunu qəbuledilməz adlandırıb. "Terrorçuların cəzalandırılmasını tələb edirik", - deyə o, açıqlamasında vurğulayıb.
ABŞ, Böyük Britaniya, İsrail, Ukrayna, Rusiya, Türkiyə və digər ölkələr Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyiblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Rəsmi səhifə