Tender pullarının mənimsəmənilməsinə görə sahibkara hökm oxundu
Açıq mənbələrdən götürülüb
Məhkəmə
Bakı Ağır Cinayətlər Məhkəməsində tender pullarını mənimsəməkdə təqsirləndirilən sahibkar Tural Alışanlıya hökm oxunub. Məhkəmə sahibkara 5 il cəza kəsib. Əvvəlki məhkəmə iclasında prokuror ona 12 il həbs cəzası istəmişdi. Vəkilsə bəraət verilməsini xahiş etmişdi.
İttiham
Tural Alışanlının faktiki rəhbərlik etdiyi “TUA TT” MMC 7 il əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elan etdiyi tenderlərdən birinin qalibi imiş. Həmin tender Qarabağ döyüşlərində əlil olmuş şəxslərə mənzillərin tikintisi üçün keçirilib. İttihama görə, Tural Alışanlı tender üçün ayrılmış 756 min manatın 193 min manatını mənimsəyib.
Dövət ittihamçısı çıxışında deyib ki, Tural Alışanlı qardaşı Ülvi Alışanlının adından 24 avqust 2012-ci ildə “TUA TT” MMC yaradıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarında şəhid ailələri və müharibə əlilləri üçün ümumilikdə 13 ədəd 3 otaqlı fərdi evin tikintisi ilə bağlı tenderdə iştirak edib. Nazirliklə “TUA TT” MMC arasında bağlanmış 19 iyul 2016-cı il tarixli müqavilə üzrə 16 ay müddətinə həmin işlərin yerinə yetirilməsi öhdəliyini üzərinə götürüb. Lakin ona ödənilən 756 min manatın bir hissəsini evlərin tikintisinə xərcləyib. 190 min manatı isə hissə-hissə tanışlarının bank hesablarına köçürüb və şəxsi ehtiyaclarına xərcləyib.
https://toplum.tv/mehkeme/pprokuroru-hamam-goumlroumlntuumlleriyle-santaj-edenlere-ceza-istenilibp
Cinayət işi üzrə zərərçəkmiş qismində ƏƏSMN tanınıb. Bu qurumun təmsilcisi məhkəmədə 515 min manatlıq mülki iddia qaldırıb.
“Nazirlikdən ayrılmış pulu tələb etdi, həbsə düşdü”
3 ildir ki, həbsə alınan Tural Alışanlı isə məhkəmədə ittihamları qəbul etməyib. Onun vəkili Fuad Ağayev də bəraət çıxışı edib. Deyib ki, müvəkkili sifarişli həbs olunub. Onun iddiasına görə, Tural Alışanlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən pulların şirkətin hesabına köçürülməsini tələb edib. Vəkil məhkəmə çıxışında daha sonra bunları deyib: “TUA TT” MMC və “Ağrıdağ təmir tikinti” MMC tenderlərin qalibi olduqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə işlər üzrə satınalma müqavilələri bağlayıb. Şirkət qurum qarşısında 31 fərdi yaşayış evinin tikintisini öhdəlik götürüb. Evlərin 25-i 2016-2018-ci illərdə istismara verilib, 4-nün son tamamlanma işləri qalıb, 2-nin isə bünövrəsi tökülüb. 2Keçmiş nazir Səlim Müslümovun vaxtından şirkətə ödənilməyən 157 min manat borcu tələb edib ki, tikintisi yarımçıq qalmış evləri başa çatdırsın. Nazirlikdən həmin borcu tələb etməsinin nəticəsi də budur ”.
Vəkil bildirib ki, hömdən apellyasiya şikayəti veriləcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Rəsmi səhifə