Siyasət

Tomas de Vaal: Əliyev yeni genişmiqyaslı münaqişədə maraqlı deyil  

5 Yanvar, 2023
458

Rəsmi səhifə

İlham Əliyev

"Düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyev yeni genişmiqyaslı münaqişədə maraqlı deyil"

Toplum TV xəbər verir ki, bunu "Karnegi" Fondunun aparıcı analitiki və Qarabağ münaqişəsi üzrə ekspert Tomas de Vaal Ermənistanın “Azatutyun” radiosuna müsahibəsində bildirib.

"Təbii ki, indi yerdə baş verənlər çox ciddi məsələdir, qorxuram ki, 2023-cü il gərgin, çətin olacaq. Yeni münaqişənin olmayacağına ümid edirəm, amma əlbəttə, ciddi danışıqlar getməyənə qədər, 2020-ci ilin noyabr razılaşmaları qüvvədə olmayana qədər yeni münaqişə ehtimalı yüksəkdir,  bu müqavilənin əsas bəndlərindən biri olan Laçın yolunda tranzit yoxdur. Təbii ki, Qarabağ ermənilərinin və “Zəngəzur dəhlizi”nin taleyinin danışıqlar yolu ilə deyil, yerdə həll olunacağı ilə bağlı ciddi qorxular var. Əlbəttə, yanvarda Brüsseldə danışıqlar prosesini bərpa etmək üçün ciddi cəhdlər var. Gəlin görək nə baş verir. Amma hələlik vəziyyət çox gərgindir", -  Tomas de Vaal açıqlamasında qeyd edib.

https://toplum.tv/siyaset/pvardanyan-ermenistan-rehberliyinden-narazidirp

Onun sözlərinə görə, əgər qarşıdurma olsa, onun miqyası 2020-ci ildə gördüyümüzdən daha kiçik olacaq: "Ola bilsin, çox sadə səbəbdən ki, erməni tərəfinin hərbi resursları qıtdır. Və zənnimcə, Əliyev də yeni genişmiqyaslı münaqişədə maraqlı deyil. Çox ola bilsin, o, istədiyini danışıqlar yolu ilə əldə edə bilməsə, erməni tərəfinə təzyiqləri artıracaq". 

Ekspert müsahibəsində həmçinin qeyd edib ki, Ruben Vardanyanın Qarabağa gəlişi vəziyyəti daha da qəlizləşdirib:

"Bakıda belə bir fikir yaranıb ki, Ruben Vardanyan Kremlin layihəsidir, Putinin adamıdır. Mən belə düşünmürəm, amma razıyam ki, Vardanyanın Qarabağa gəlişi danışıqlar prosesini xeyli çətinləşdirib". 

Tomas de Vaal - Açıq mənbələrdən götürülüb

Tomas de Vaalın fikrincə, buna səbəb Vardanyanın daha güclü fiqur olmasıdır. 

"Mənim qənaətimə görə, Bakıda yerli ermənilərlə danışıqlar apara biləcəklərini düşünürdülər. Əlbəttə, Vardanyanla bağlı, onun kimliyi ilə bağlı şübhələr var - iqtisadi amil də var,  Rusiya ilə Azərbaycan arasında, Qarabağ yaxınlığındakı yataqlar, mədənlər ətrafında guya iqtisadi maraqların toqquşması məsələsi var", - deyə o bildirib.

Danışıqlar prosesinə gəldikdə isə, ekspert hesab edir ki, hələ ötən il, sadəcə olaraq, gizli şəkildə, ikitərəfli formatda danışıqlar aparılıb, Vardanyan faktoru isə Bakı ilə Xankəndi arasında gedən gizli danışıqlar prosesini mürəkkəbləşdirib. 

"Amma çoxları bu münaqişənin kökündə Qarabağ ermənilərinin taleyinin dayandığını və Qarabağ ermənilərinin məsələsini güc yolu ilə həll etmək cəhdinin yeni münaqişə demək olduğunu, bunun sakitcə baş verməyəcəyini deyib və deyirlər. Və mən hesab edirəm ki, Bakıda çoxları bunu həqiqətən başa düşür. Onlar sadəcə ona görə maksimalist mövqe tuturlar ki, çoxlu müsbət faktorlar görürlər. Amma həm də çox diqqətli olmaq zərurətini də  dərk edirlər, çünki yeni çox kiçik münaqişə olsa, Naxçıvana dəhliz kimi məsələlər qapanacaq", - deyə ekspert müsahibəsində vurğulayıb. 
 
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo