Siyasət

Putin Avropa Birliyi ilə Navalnı məsələsini müzakirə etdi

22 Yanvar, 2021
73

interaz

Rusiya Prezidenti Vladimir Putin və Avropa Birliyi Şurasının sədri Şarl Mişel arasında telefon danışığı olub.

Kremldən yanvarın 22-də verilən məlumata görə, telefon danışığı zamanı Şarl Mişelin xahişi ilə Aleksey Navalnı məsələsi də müzakirə edilib.

Ancaq müzakirələrin hansı istiqamətdə getdiyi barədə detallı informasiya verilməyib.

Məlumata görə, telefon danışığı zamanı Rusiya ilə Avropa Biriliyi Şurası arasındakı münasibətlərin vəziyyəti, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə, xüsusi ilə də birgə vaksin istehsalı və istifadəsi sahəsində əməkdaşlıq məsələlərinə diqqət ayrılıb.

Yanvarın 18-də Almaniyadan müalicədən qayıdan Aleksey Navalnı paytaxt Moskvada hava limanında həbs olunub. Yanvarın 23-də müxalifət liderinin həbsinə etiraz əlaməti olaraq Rusiyanın bir çox bölgələrində kütləvi mitinqlərin keçirilməsi planlaşdırılır.

Siyasət

Ərdoğan Ermənistana çağırış etdi

4 Mart 2021

cumhuriyet.com.tr

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan rəhbərliyinə çağırış edib.  "Anadolu" agentliyinin martın 4-də verdiyi xəbərə görə, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) videokonfrans formatında keçirilən Zirvə toplantısında çıxış edən prezident bildirib ki, Ermənistanın sülh istiqamətində addımlar atacağına və regional sabitliyin bir parçası olacağına ümid edir.  Ərdoğan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ilə baş nazir Nikol Paşinyan hökuməti arasındakı ixtilafa da münasibət bildirib.  “Xalqın iradəsini saya salmayan anti-demokratik müdaxilələri əsla qəbul etmədiyimizi və etməyəcəyimizi burada təkrarlamaq istəyirəm”, - deyə Türkiyə prezidenti vurğulayıb.
Siyasət

Beş partiya YAP-a birləşmək barədə qərar qəbul etdi

4 Mart 2021

YAP

Bu gün Milli Qurtuluş Partiyasının (MQP) V qurultayı keçirilib. Partiyadan  martın 4-də verilən məlumata görə, koronavirus pandemiyası ilə əlaqədar olaraq qurultay onlayn formada baş tutub. Qurultay şəhidlərimizin, partiyanın ilk başqanı, Milli Azadlıq Hərəkatının liderlərindən olan mərhum Məhəmməd Hatəmi Tantəkinin xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. Partiya başqanı Vüqar Orucun və Mərkəzi Nəzarət-Təftiş Komissiyası sədrinin fəaliyyət hesabatları dinlənilib. Qurultay nümayəndələri partiyanın bu müddət ərzində fəaliyyətini qənaətbəxş qiymətləndiriblər. Vüqar Oruc partiyanın fəaliyyətinə xitam verilməsi və kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına (YAP) qoşulması təşəbbüsü ilə çıxış edib və məsələ gündəliyə daxil edilib. MQP başqanı qeyd edib ki, müasir şəraitdə...
Seçilmiş Videolar