Siyasət

Putin etiraz aksiyalarının iştirakçıları haqqında: "hamısını tutmamışıq"

14 Oktyabr, 2021
47

Rəsmi Səhifə

Rusiya Prezidenti Vladimir Putin Moskvada çərşənbə günü keçirilən “Rusiya energetika həftəsi” beynəlxalq forumunun plenar iclasında Aleksandr Navalnı və Rusiya müxalifəti haqqında suallara cavab verib.
 
Bu barədə "Svoboda.org"-un məlumatında bildirilir.
 
Tədbirin moderatoru, Amerikanın CNBC telekanalının jurnalisti Hedli Qembl Putinə niyə hamını həbs edəcək qədər müxalifətdən çəkinməsi barədə sual ünvanlayıb. Putin cavab verib ki, əgər siz küçə etirazlarına baxsanız, anlayarsınız ki, onların heç də hamısı həbsdə deyil.
 
Rusiya prezidenti Navalnının adını çəkmədən bildirib ki, o, “siyasi fəaliyyətinə görə deyil, cinayət əməllərinə görə” tutulub. Putinin sözlərinə görə, “Rusiyada demokratiyanın ölməsi barədə əndişələr çox şişirdilib”. O, Rusiya demokratiyası üçün narahat olanlara isə Qərbdə baş verənlərin dərdini çəkməyi məsləhət görüb.
 
"Svoboda.org" bildirir ki, etiraz aksiyalarının iştirakçıları deyərkən Putin çox güman, Navalnının həbsindən sonra yanvar-fevral aksiyalarında iştirak edənləri nəzərədə tutur. Həmin vaxt bütün Rusiya üzrə 10 mindən çox aksiya iştirakçısı saxlanılmış, onlarla cinayət işi qaldırılmışdı. Onlarla insan cərimə olunmaqdan tutmuş, azadlıqdan məhrum olunmağa qədər cəzalara məruz qalmışdı. Navalnının bir neçə silahdaşının, eləcə də qardaşının azadlıqları məhdudlaşdırılmışdı.
 
Rusiyada ekstremist təşkilat elan olunan və qadağan edilən Korrupsiyayla Mübarizə Fondunun və Navalnı qərargahının onlarla əməkdaşı təqib təhlükəsi qarşısında Rusiyanı tərk etmək məcburiyyətində qalıb.

Siyasət

Azərbaycan daha beş erməni hərbçini Ermənistana qaytardı

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycan beş erməni hərbçini Ermənistana qaytarıb. "Novosti Armeniya" xəbər verir ki, Bakıdan qalxan və göyərtəsində erməni hərbçilər olan təyyarə Yerevana enib. Ermənistana qaytarılan hərbçilərin kimliyi də açıqlanıb: ▪️Ambardanyan Mels Karapetoviç ▪️Karapetyan Rafik Robertoviç ▪️Manukyan Jora Vanoeviç ▪️Manukyan Ovsep Robertoviç ▪️Soqomonyan Sedrak Samveloviç
Siyasət

Cinsi zorakılığa qarşı tək adamlıq aksiya keçirildi

19 Oktyabr 2021

Sosial Media

Gender fəalı Gülnarə Mehdiyeva bu gün Bakıda, Prezident Administrasiya yaxınlığında təkbaşına aksiya keçirib. Fəal “Azyaşlını zorlayan niyə azaddır?” şüarı yazılan plakat qaldıraraq rəsmi qurumlardan yetkinlik yaşına çatmayan Sənay Yağmurun (Qəhrəmanlı) təcavüzü ilə bağlı əməli fəaliyyət tələb edib.  G. Mehdiyeva "Feysbuk"un canlı yayımında bildirib ki, ölkə rəhbərliyi Sənay Yağmurun məsələsinə müdaxilə etməli və təqsirkarın cəzalandırılmasını təmin etməlidir, əks halda bu, cinayətkarı himayə etmək demək olacaq. “Həmin insan nə qədər ki, azadlıqdadır, biz hamımız təhlükədəyik”, - deyə fəal vurğulayıb.  Polis əməkdaşları plakatı fəalın əlindən alaraq, onu naməlum istiqamətə aparıblar. DİN-in mətbuat xidmətindən Turan-a bildiriblər ki, Mehdiyeva saxlanılmayıb. Bölgədən uzaqlaşdırılaraq sərbəst buraxılıb. Ötən...
Seçilmiş Videolar