Açıq mənbələrdən götürülüb
Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronun Rusiya Federasiyasının Qarabağdakı rolu ilə bağlı açıqlamalarını oxuyanda təəccübləndiyini bildirib və Fransa liderinin bəyanatlarını “yanlış və qəbuledilməz” adlandırıb.
"RIA Novosti" xəbər verir ki, Rusiya Prezidenti bu barədə oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasındakı çıxışı zamanı danışıb.
https://toplum.tv/siyaset/makron-azerbaycani-ittiham-edib-ermenistani-tek-qoymacaqlarini-bildirib
Putinin sözlərinə görə, Rusiya hər zaman səmimi şəkildə istənilən münaqişənin, o cümlədən Qarabağ münaqişəsinin həllinə çalışıb:
"Vəziyyətin sabitləşməsinə, münaqişənin bütün iştirakçılarının xeyrinədirsə, təbii ki, biz hər kəsin vasitəçilik səylərini alqışlayırıq. Bu, həm ABŞ, həm də Avropadan olan tərəfdaşların vasitəçiliyinə aiddir. Bununla belə, mən Fransa Prezidentinin oktyabrın 6-da Praqada keçirilən görüşün yekunlarına dair şərhini oxuyanda təəccübləndim. Düşünürəm ki, bu bəyanatlarda münaqişənin gedişatı barədə anlamazlıq va tərəflərin mövqeyi ilə bağlı bixəbərlik var, ona görə də yanlış səsləndirilib. Amma fürsət yaranacaq və bunu Fransa prezidenti ilə müzakirə etmək lazım gələcək".
Putin çıxışında həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı Rusiyada görüşə dəvət edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür