Siyasət

Putin niyə MDB ölkələrinin KTMT-yə üzv olmasını istəyir?

Roza Məmmədova
17 May, 2022
520

Reuters

"Putinin dediklərini dinləməliyik, amma əhəmiyyət verməməliyik”

Azərbaycanın sabiq xarici İşlər naziri Tofiq Zülfüqarov “Toplum TV”yə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mayın 16-da Moskvada keçirilən sammitində Rusiya Prezidentinin çıxışını şərh edərkən belə deyib.
Rusiya Prezidenti Vladimir Putin məlum nitqi zamanı Müstəqil Dövlətlər Birliyinə (MDB) KTMT-də müşahidəçi statusunun verilməsi təklifi ilə çıxış edib.

Bir gün əvvəlsə Belarusun müdafiə naziri Viktor Xrenin bir neçə ildən sonra onlarla ölkənin KTMT-yə qoşulacağını bəyan etmişdi. Hazırda təşkilatın üzvləri Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistandır.
Putin saamitdəki çıxışında KTMT-nin payızda birgə hərbi təlimlər planlaşdırdığını da deyib. Onun sözlərinə görə, təlimlərin sayı getdikcə artacaq və onlar Qazaxıstan, Qırğızıstan və Tacikistanda keçiriləcək.
Putinə MDB ölkələrinə KTMT-də müşahidəçi statusunun verilməsi nəyə görə lazımdır?

T.Zülfüqarovun fikrincə, həm MDB, həm də KTMT tarixi baxımdan son dövrlərini yaşayır. O hesab edir ki, indiki məqamda hansısa siyasi addımların atılması propaqanda xarakteri daşıyır və nəticəsiz qalacaq.

“Əvvəl də hərbi təlimlər keçirilib, bu ilk deyil. Rusiyadan əlavə, digər ölkələr təlimlərdə ciddi şəkildə iştirak edib, ancaq onların indiki vəziyyətə real təsiri heç də yüksək deyil.

Xatıratmaq istərdim ki, 2020-ci ildə Ermənistan-Azərbaycan arasındakı müharibədən qabaq da KTMT üzvləri hərbi təlimlər keçirmişdi. Amma zaman göstərdi ki, bunun real siyasi nəticəsi olmadı. Ona görə də ən yaxşı halda bu tip xəbərləri izləməliyik, amma önəm verməməliyik”,- deyə keçmiş nazir şərh edir.

Tofiq Zülfüqarov - açıq mənbədən götürülüb


“Topçubaşov” siyasi analitik mərkəzinin təsisçisi Murad Muradov deyir ki, Putin çox olmayan müttəfiqlərini öz ətrafında birləşdirməklə yükü onların çiyninə qoymaq istəyir. Amma MDB ölkələrində vəziyyət ürəkaçan deyil:

“Qırğızıstan və Tacikistan arasında bir ildir gərginlik yaşanır. Cənubi Qafqazda oxşar vəziyyət hökm sürür, Cənubi Osetiyada referundum məsələsi ortaya çıxıb. Görünür ki, məqsəd MDB üzvü olub, amma KTMT-də olmayan Özbəkistan, Azərbayacan kimi ölkələri təşkilatda daha yaxından iştirak etməyə sürükləməkdir”.

Murad Muradov - Topçubaşov Mərkəzi​​


Ümumiyyətlə, Putinin payıza hərbi təlim planları qurması nə ilə əlaqədardır?


Siyasi şərhçi M.Muradov Putinin payıza plan qurmasını həmin vaxta qədər Ukrayna müharibəsində vəziyyətin kəskin şəkildə Rusiya əleyhinə dəyişməsi ehtimalı ilə izah edir:


“Payıza qədər hərbi, siyasi, iqtisadi təzyiqlər artacaq. Bəlkə də Putin hesab edir ki, Rusiyaya qarşı olan qüvvəllər onun maksimum yayın sonuna, payızın əvvəlinə qədər davam gətirəcəyini düşünürlər. Ukraynaya verilən ağır silahların iyun-iyul aylarında tətbiq ediləcəyi gözlənilir. Eyni zamanda iqtisadi sanksiyalar da öz təsirini göstərməyə başlayacaq, Rusiyanın idxaldan qazandığı gəlirləri kəskin düşəcək. Bu da cəbhədə vəziyyəti Rusiyanın əleyhinə dəyişdirə bilər”.

Siyasi şərhçi Zərdüşt Əlizadə Putinin son təkliflərini bədii şəkildə qiymətləndirib:

“Ayının min oyunu bir armudun üstündədir. Putinin son təklifi də buna uyğundur. Çətin vəziyyətdədir, buna görə də müxtəlif təkliflər edir ki, vəziyyətdən çıxsın. Bu təkliflərə şübhə ilə yanaşmalı və rədd etmək lazımdır”.

Siyasət

Kəlbəcər istiqamətində atəşkəs yenə pozulub

6 İyul 2022

Rəsmi səhifə

İyulun 5-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə iyulun 6-da Müdafiə Nazirliyindən məlumat verilib. "Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub", - deyə məlumatda qeyd olunub. 
Siyasət

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

5 İyul 2022

Açıq mənbələrdən götürülüb

Humanitar yardımı Sumqayıt Şəhər İcra Hakimiyyəti təşkil edib. Buraya ərzaq məhsulları, məişət və tibbi sərfiyyat malları, həmçinin saxlama müddəti uzun olan məhsullar (konservlər, dənli bitkilər, quru yemək payı və s.), eləcə də uşaq qidaları, dərman vasitələri və geyimlər aiddir. Ümumi çəkisi 50 ton miqdarında olan humanitar yardım tərəfdaş şəhərlər xətti ilə Ukraynanın Çerkassı vilayət administrasıyasından Sumqayıt ŞİH-ə edilmiş rəsmi müraciətə cavab olaraq hazırlanıb və Çerkassı şəhəri əhalisinin ehtiyacları üçün nəzərdə tutulub. “Rusiya-Ukrayna müharibəsinin başlanğıcından indiyədək Azərbaycan tərəfindən Ukraynaya 20 milyon ABŞ dolları dəyərində 1,5 min ton vacib humanitar yük çatdırılıb", - bunu huanitar yardımın hava limanından göndərilməsində iştirak edən Ukraynanın...

Seçilmiş Videolar

Toplum TV loqo