Siyasət

Putin səfərbərlik zamanı səhvlər buraxıldığını etiraf edib

30 Sentyabr, 2022
155

Rəsmi səhifə

Rusiya Prezidenti Vladimir Putin ölkədə elan edilən səfərbərlik zamanı çoxsaylı səhvlərə yol verildiyini etiraf edib. 

"Radio Svoboda" xəbər verir ki, dövlət başçısı səhvlərin düzəldilməsini, həmçinin səbəbsiz olaraq orduya çağırılan insanların evlərinə qaytarılmasını tələb edib. Putin bu barədə Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə bildirib.

https://toplum.tv/dunya/putin-xerson-ve-zaporojye-vilayetlerinin-musteqilliyini-taniyib

Putin qeyd edib ki, səfərbər olanlar hərbi xidmətə çağırışın təşkili, təchizat, yaşayış şəraiti və daha çox şeylərdən şikayətlənirlər. Prezident möhlət hüququ olan vətəndaşların hərbi xidmətə çağırılması hallarını ayrıca təhlil etməyin zəruriliyini vurğulayıb və növbəti dəfə diqqətə çatdırıb ki, səfərbərliyə ancaq ehtiyatda olan, zəruri hərbi ixtisasa və təcrübəyə malik olan şəxslər cəlb olunurlar. Bununla belə, o, hərbi xidmətə çağırılanların hamısının əlavə hərbi təlim keçməli olduğunu deyib. 

Sentyabrın 21-də Vladimir Putin Rusiyada səfərbərlik elan edib. Fərmanda buna qismən səfərbərlik deyilir, lakin Müdafiə Nazirliyinə hərbi xidmətə çağırışla bağlı çox geniş səlahiyyətlər verilib. Bu səlahiyyətlərə əsasən, hərbiyə yararlı istənilən şəxs səfərbərliyə cəlb oluna bilər. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Fransa Azərbaycanla bağlı daha bir qətnamə qəbul etdi - Bakıdan reaksiya

1 Dekabr 2022

Açıq mənbələrdən götürülüb

Fransa parlamentinin aşağı palatası (Milli Assambleya) Azərbaycana qarşı qətnamə qəbul edib.  Toplum TV xəbər verir ki, noyabrın 30-da qəbul edilən sənəddə "erməni hərbi əsirlərin dərhal və qeyd-şərtsiz azad olunması, Azərbaycan suveren Ermənistan ərazisinə hücumları davam etdirərsə, fərdi sanksiyaların tətbiqi" tələb olunur.  Səsvermədə 256 deputat qətnamənin lehinə səs verib, əleyhinə isə səs verən olmayıb. Anoloji qətnamə bir müddət əvvəl Fransa Senatında da qəbul olunmuşdu.   https://toplum.tv/siyaset/makron-azerbaycani-ittiham-edib-ermenistani-tek-qoymacaqlarini-bildirib Bu gün, dekabrın 1-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə ilə bağlı açıqlama yayıb. XİN bildirir ki, Azərbaycan əleyhinə qəbul edilmiş "yalan və iftira dolu qətnamə, bir müddət əvvəl Senatda...
Siyasət

23 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarılıb

1 Dekabr 2022

Açıq mənbələrdən götürülüb

23 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib. Toplum TV xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.  Bildirilir ki, geri qaytarılma prosesi noyabrın 30-da baş tutub və “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində həyata keçirilib.  https://toplum.tv/multimedia/deportasiya-olunan-muhacirler-almaniyadan-edalet-teleb-edir Məlumatda Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu geri qaytarılan vətəndaşların yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri mümkün çətinliklərin həlli istiqamətində tədbirlərin görüldüyü də qeyd edilib. 

Seçilmiş Videolar

Toplum TV loqo