Siyasət

Ülvi Həsənliyə təcridxanada təzyiq edildiyi bildirilir

11 Dekabr, 2023
181

Sosial Media

Ülvi Həsənli

"Abzas Media" mətbu orqanının direktoru, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Ülvi Həsənlinin təhdidlərə məruz qaldığı deyilir. 

Toplum TV xəbər verir ki, bu barədə dekabrın 11-də "Turan" informasiya agentliyi onun yaxınlarına istinadən məlumat yayıb. 

Bildirilir ki, Həsənliyə yaxınları ilə görüşləri və telefon danışıqları, sonra isə vəkillərlə telefonla ünsiyyəti qadağan ediblər. Bütün bunlar onun Ombudsmana müraciətindən sonra baş verib. Təcridxana rəhbərliyi xəbərdarlıq edib ki, əgər o, bundan sonra da şikayət etsə, "vəziyyəti pisləşəcək".

https://toplum.tv/siyaset/pvetendas-cemiyyeti-nuumlmayendeleri-prezidente-muumlraciet-ediblerp

Penitensiar Xidmətdən bu məlumatı şərh etmək xahişinə cavab olaraq deyiblər ki, məsələ araşdırılacaq və məlumat veriləcək.

Xatırladaq ki, Ülvi Həsənli noyabrın 20-də saxlanılıb. Ertəsi gün məhkəmə onu qaçaqmalçılıq ittihamı ilə 4 ay müddətinə həbs edib. Ülvi Həsənli ittihamları rədd edib və özünə qarşı təqibləri "Abzas Media"nın apardığı korrupsiya araşdırmaları ilə əlaqələndirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Ermənistan tərəfi Azərbaycana cavab verib: "Konstitusiya daxili işimizdir"

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

“Sülh müqaviləsi layihəsinin razılaşdırılmış bəndlərində göstərilir ki, tərəflər sazişin müddəalarına əməl etməmək üçün daxili qanunvericiliyə istinad edə bilməzlər”. Toplum TV xəbər verir ki, bunu martın 1-də Türkiyənin Antalya şəhərində keçirilən III Diplomatik Forumundakı panel müzakirələrində Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.  Panel əsnasında Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu və Bakının bununla bağlı qarşı tərəfdən açıqlama gözlədiyini bildirib.  Rubinyan isə Hacıyevə cavabında bildirib ki, Konstitusiya və hüquqi bazası Ermənistanın daxili işidir: "Bunun qətiyyən sülhməramlı proseslərlə əlaqəsi yoxdur. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur".  Onun sözlərinə görə, saziş layihəsinin razılaşdırılmış bəndlərində Ermənistan və Azərbaycanın...
Siyasət

Aİ nümayəndəsi: Azərbaycanla Ermənistan yaxın zamanda sülh sazişi imzalaya bilər

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın zamanda imzalanması realdır".  Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu martın 1-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar bildirib. Onun sözlərinə görə, müqavilənin bütün elementlər masadadır: "Bu, vacib kompromislərə getməklə bağlı siyasi iradə məsələsidir, kompromislərə nail olaraq sülh müqaviləsini imzalamağın zamanı gəlib çatıb". Klaar həmçinin qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi təbii ki, iki ölkə arasında imzalanacaq. "Kənardakı hər hansı vasitəçi (tərəfdaş) sadəcə bu məsələni dəstəkləyə bilər. Bu bizim etməyə çalışdığımız işdir. Razıyam ki, bu məsələ iki tərəf arasındadır, lakin ona da inanıram ki, kənardakı...

Seçilmiş Videolar

Toplum TV loqo