Siyasət

Vaşinqton: Əliyev Qarabağa beynəlxalq missiyanın göndərilməsinə razılıq verib 

27 Sentyabr, 2023
144

President.az

İlham Əliyev

Sentyabrın 26-da ABŞ dövlət katibi Antoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Toplum Tv xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, tərəflər Qarabağdakı hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparıb:

“İlham Əliyev 24 saatdan az müddətdə yekunlaşan antiterror tədbirləri zamanı yalnız hərbi obyektlərin hədəf alındığını, mülki əhaliyə zərər verilmədiyini diqqətə çatdırıb. Hazırda qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah prosesinin həyata keçirildiyini və onların Azərbaycan ərazisindən çıxarılması işinin həyata keçirildiyini ABŞ tərəfinə bildirib. Son beş gün ərzində yüzlərlə hərbi texnika, silah-sursat və hərbi təchizat mallarının müsadirə edildiyi vurğulanıb”, - açıqlamada bildirilib. 

Mətbuat xidməti həmçinin əlavə edib ki, Blinken yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, bölgədə sabitliyin təmin edilməsinin, yerli ermənilərlə dialoqun vacib olduğunu bildirib.

https://toplum.tv/siyaset/pkreml-qarabagda-beynelxalq-missiya-yalniz-bakinin-raziligi-ile-muumlmkuumlnduumlrp

Öz növbəsində ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller da danışıqlar barədə əlavə detalları açıqlayıb. 

Onun sözlərinə görə, Prezident Əliyev Blinkenə deyib ki, bölgədə “daha heç bir hərbi əməliyyat olmayacaq və biz bunun belə qalacağını gözləyirik”.

“Əliyev həmçinin bildirib ki, müşahidəçilər missiyası ilə razılaşacaq və bu həyata keçiriləcək”, - Miller "Turan" informasiya agentliyinin müxbirinin sualına cavabında deyib. 

Sözçü Qarabağa göndəriləcək  potensial beynəlxalq missiyanın dəqiq mexanizmi  ilə bağlı təfərrüatları açıqlamayıb və deyib ki, bu, “bölgədəki müttəfiqlərimiz və tərəfdaşlarımızla müzakirə mövzusu olaraq qalır”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Naxçıvanın iqtisadiyyat naziri vəzifəsindən azad olunub 

8 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. https://toplum.tv/sosial/pprezidentin-serencami-naxccedilivanda-neyi-deyisecek-nbspp Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də NMR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Fərmanı ilə bu vəzifəyə təyin edilmişdi.
Siyasət

İlham Əliyev Ermənistanla verilmiş birgə bəyanatdan danışıb

Toplum TV
8 Dekabr 2023

President.az

Dekabrın 8-də Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib. Toplum TV xəbər verir ki, görüşdə bir sıra məsələlərə, həmçinin Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesinə toxunulub.  Buriç xüsusilə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı alqışladıqlarını bildirib, Avropa Şurasının iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə verməyə hazır olduğunu vurğulayıb. https://toplum.tv/siyaset/presmi-moskva-azerbaycanla-ermenistan-arasindaki-razilasmaya-muumlnasibet-bildiribp Öz növbəsində İlham Əliyev qeyd edib ki, sözügedən birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir. Prezident həmçinin vurğulayıb ki, Avropa Şurası da iki ölkə...

Seçilmiş Videolar

Toplum TV loqo