Rəsmi səhifə
Dövlət Departamenti
ABŞ Dövlət Departamenti polisin AbzasMedia-ya basqınını və nəşrin direktoru Ülvi Həsənlinin saxlanılması ilə bağlı dərin narahatlığını bildirib.
Toplum TV xəbər verir ki, bu barədə "Turan" informasiya agentliyinə açıqlamasında Departamentin sözçüsü Metyu Miller bildirib.
"Biz jurnalist Ülvi Həsənlinin həbsi və həbsdə olarkən fiziki zorakılıq iddiaları barədə xəbərdən çox narahatıq", - Miller açıqlamasında qeyd edib.
https://toplum.tv/siyaset/pabzas-medianin-bas-redaktoru-da-saxlanildip
Departament rəsmisi həmçinin əlavə edib ki, Vaşqinqton Azərbaycan hökumətini ifadə azadlığı da daxil olmaqla hər kəsin hüquq və azadlıqlarını qorumağa çağırır.
Xatırladaq ki, noyabrın 20-də “AbzasMedia”nın direktoru Ülvi Həsənli hava limanında saxlanılıb. Abzas Medianın ofisində axtarış zamanı 40 min avro vəsaitin aşkarlandığı iddia edilir. Ülvi Həsənliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham irəli sürülüb. Bu gün həmçinin Abzas Medianın baş redaktoru Sevinc Vaqifqızının da Bakı hava limanında təyyarədən enərkən saxlanıldığı məlum olub. Polis onun da evində axtarış aparıb.
Eyni zamanda dünən ictimai fəal Məhəmməd Kekalovun da evindən mülki geyimli polis əməkdaşları tərəfindən aparıldığı məlum olub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Toplum TV