Siyasət

Vaşinqtonun Putin, Əliyev və Paşinyan danışıqlarına  reaksiyası: “Razılığın əldə oluna biləcəyinə inanırıq"

Toplum TV
26 May, 2023
69

Rəsmi səhifə

Dövlət Departamenti

ABŞ Ermənistan və Azərbaycan arasında həll edilməmiş məsələlərdə razılığa gəlmək üçün birgə işi davam etdirməkdə israrlıdır.

Toplum TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi brifinqdə Moskvada Əliyev-Paşinyan-Putin üçtərəfli görüşünü şərh edərkən deyib.

 “Biz zalda olmamışıq, lakin danışıqlar bizim üçün hələ də prioritetdir.  Dövlət katibi bir neçə həftə əvvəl Vaşinqtonda hər iki tərəflə görüşlər keçirib. Bundan sonra Brüsseldə danışıqların davam etdiyini bilirik və bunu dəstəkləyirik.  Dediyimiz kimi, biz razılığın əldə oluna biləcəyinə inanırıq və həll olunmamış məsələlərdə razılığa gəlmək üçün tərəflərin birgə işləməsində israr etməyə davam edirik”, - Miller bildirib.

Mayın 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş keçirilib.

Görüşdəki çıxışı zamanı Putin deyib ki, Qarabağda vəziyyət nizamlanmaya doğru inkişaf edir: 

"Sırf texniki məsələləri həll etmək qalır, onlar tamamilə həll edilə bilər.

Bir həftədən sonra üç ölkənin baş nazirinin müavinləri görüşəcək".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Rəsmi Bakı İranda saxlanılan azərbayanlı tələbə ilə bağlı açıqlama verib

2 İyun 2023

Rəsmi səhifə

"İranda həbs olunan Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür". Toplum Tv xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda həbs olunmasına münasibət bildirərkən deyib. O xatırladıb ki, Fərid Səfərli barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni martın 9-dan etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İranın məsələyə aydınlıq gətirməsi məqsədilə müvafiq olaraq İranın Azərbaycandakı Səfirliyinə nota ünvanlanıb: Çoxsaylı müraciətlərdən sonra İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə Fərid Səfirlinin ailəsinə müvafiq məlumat verilib". https://toplum.tv/siyaset/pazerbaycanli-telebenin-iranda-casusluq-ittihami-ile-hebs-olundugu-bildirilirp...
Siyasət

Rəsmi Bakı Makronun bəyanatından narazı qalıb

2 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir". Toplum Tv xəbər verir ki, bu barədə iyunun 2-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Kişineu görüşünün nəticələrinə dair yayılmış bəyanata cavab olaraq deyib. Onun sözlərinə görə, Kişineuda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo