Siyasət

Vəkillər Bəxtiyar Hacıyevlə görüşə buraxılmadı

29 Yanvar, 2023
133

Sosial Media

Bəxtiyar Hacıyev

Yanvarın 28-də vəkillər Zibeydə Sadıqova və Elçin Sadıqovun Bəxtiyar Hacıyevlə görüşünə imkan verilməyib. 

Toplum TV xəbər verir ki, bu barədə vəkillər sosial mediada açıqlama veriblər.

Vəkillər bildirib ki, onlara təcridxanada dezinfeksiya işləri aparıldığını və buna görə görüşün mümkün olmadığını bildiriblər.

Zibeydə Sadıqova bundan əvvəlki açıqlamasında Bəxtiyar Hacıyevin səhhətinin ağır olduğunu bildirmişdi. Onun sözlərinə görə, Hacıyev həbsxanaya girəndən 12.5 kiloqram çəki itirib. 

"O, tez-tez huşunu itirir, nəfəs darlığı yaranır. Ayaq üstə dura bilmir", - vəkil "Amerikanın Səsi"-nə deyib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən isə "Amerikanın Səsi"nə bildiriblər ki, Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.

İctimai fəal Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs edilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzatmaq qərarına gəlib.

Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Yanvarın 13-də ona qarşı irəli sürülən ittiham ağırlaşdırılıb. İctimai fəal isə ona ünvanlanan ittihamları qəbul etmir, həbsinin siyasi sifariş olduğunu bildirir.

ABŞ Dövlət Departamenti, beynəlxalq və yerli insan hüquqları təşkilatları Hacıyevin həbsinin qeyri-qanuni olduğunu bildirib və Azərbaycan hökumətini onu azadlığa buraxmağa çağırıblar.

Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında uzun müddətdir aclıq aksiyası keçirir. O, bununla həbsinə etiraz edir, həmçinin bütün digər siyasi məhbuslara da azadlıq tələb edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Qarabağdakı gərginliyə görə Şarl Mişel İlham Əliyevə zəng edib

25 Mart 2023

Rəsmi səhifə

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel martın 25-də İlham Əliyevə zəng edib. Toplum TV xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, telefon danışığı əsnasında Şarl Mişel Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə edib. https://toplum.tv/siyaset/presmi-baki-ermenistana-xeberdarliq-edibp "Prezident İlham Əliyev Azərbaycanın Brüssel prosesini dəstəklədiyini bir daha vurğulayıb. Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə...
Siyasət

Rəsmi Bakı Ermənistana xəbərdarlıq edib

25 Mart 2023

Rəsmi səhifə

Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar Yerevana xəbərdarlıq edib. Toplum TV xəbər verir ki, bu barədə martın 25-də XİN bəyanat yayıb. Açıqlamada Ermənistanın Qarabağa qanunsuz silah daşıdığı qeyd olunub və buna görə Yerevanın məsuliyyət daşıdığı vurğulanıb. https://toplum.tv/siyaset/pqarabagda-gerginlik-azerbaycan-ordusu-herekete-keccedilibp Bildirilir ki, 5 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə 20 mart tarixində Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirib. "Ermənistan tərəfinin sözügedən hərbi təxribatları həmçinin Ermənistan rəhbərliyinin son günlərdə təcavüzkar ritorikası ilə müşayiət olunub. Xüsusilə, Ermənistan Prezidenti, Baş naziri və xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi və ərazi...

Seçilmiş Videolar

Toplum TV loqo