Xankəndidən olan azərbaycanlı məcburi köçkünlərin qayıdışı müzakirə edilir
Rəsmi səhifə
Dövlət komitəsində görüş
Xankəndidən olan azərbaycanlı məcburi köçkünlərin qayıdışına hazırlıq müzakirə edilib.
Toplum TV xəbər verir ki, bu barədə sentyabrın 27-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilir ki, qayıdışa hazırlığı müzakirə etmək üçün Komitə sədri Rövşən Rzayev otuz iki əvvəl Xankəndi şəhərindən məcburi köçkün düşmüş azərbaycanlıların bir qrupu ilə görüşüb.
https://toplum.tv/siyaset/pnbsp47-min-ermeni-sakinin-qarabagdan-ccedilixdigi-bildirilirp
Rövşən Rzayev çıxışında qeyd edib ki, hazırkı situasiyada tezliklə Qarabağa qayıdış Xankəndindən məcburi köçkün düşən azərbaycanlı əhalisini də əhatə edəcək.
Məlumata görə, görüşdə Xankəndindən olan məcburi köçkün icmalarının nümayəndələri, ziyalılar, ictimai fəallar, həmçinin Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak edib, qayıdışa hazırlıq məsələlərinə dair rəy və təkliflərini səsləndiriblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Toplum TV