XİN: “Aİ missiyası Yerevanın öhdəlikləri yerinə yetirməkdən yayınmasına bəhanə olub”
Avropa İttifaqının monitorinq missiyasının Ermənistanda yerləşdirilməsi “Azərbaycanın qanuni maraqlarını nəzərə almalı və qarşılıqlı etimadı sarsıtmamalıdır”.
Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İttifaqı Şurasının Ermənistanla sərhədə müşahidəçilər missiyasının göndərilməsi haqqında qərarı ilə bağlı şərhində deyilir.
Ötən il oktyabrın 6-da Praqada Azərbaycan, Ermənistan, Fransa liderləri və Aİ Şurasının rəhbərinin görüşü zamanı əldə olunmuş razılaşmadan sonra Avropa İttifaqının müşahidəçiləri Azərbaycanla sərhəddə monitorinqə başlayıb.
XİN bildirir ki, Azərbaycan vəziyyətin normallaşması prosesinə töhfə verəcəyinə inanaraq bu missiya ilə razılaşıb, amma Aİ-yə üzv bir sıra dövlətlərin qərəzli mövqeyindən sonra monitorinq missiyasının fəaliyyəti “Praqa razılaşmasına zidd” olmağa başlayıb.
Şərhdə deyilir ki, Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının fəaliyyəti Ermənistanın bütün sahələrdə münasibətlərin normallaşması prosesini “relsdən çıxarmaq” cəhdlərinin intensivləşməsi ilə üst-üstə düşüb: “Bu, Aİ missiyasının gözləntilərini və regionda vəziyyətin normallaşması perspektivlərini sarsıdıb”.
Bakı Aİ nümayəndələrinin diqqətinə çatdırır ki, Aİ missiyasının Ermənistanda fəaliyyət göstərməsi Yerevanın öz öhdəliklərini yerinə yetirməkdən yayınması üçün bəhanə olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində deyilir ki, Aİ missiyasından Bakı və Yerevan arasında mövcud dialoq mexanizmlərinə qarşı istifadə etmək cəhdləri “təhlükəlidir və edilməməlidir”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Sosial Media
Açıq mənbələrdən götürülüb