Siyasət

Xınalıq kəndi UNESCO-nun İrs Siyahısına salındı

18 Sentyabr, 2023
100

Açıq mənbələrdən götürülüb

Xınalıq kəndi

Azərbaycanın “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiya ərazisi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. 

Toplum Tv xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb. 

Bildirilir ki, müvafiq qərar sentyabr 18-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında qəbul edilib.

https://toplum.tv/iqtisadiyyat/pqirgizistan-otel-tikmek-uumlccediluumln-azerbaycana-torpaq-sahesi-verirp

Nominasiyaya əsasən, Ümumdünya İrs Ərazisi Xınalıq kəndi də daxil olmaqla, yerli əhalinin istifadə etdiyi ətraf yaylaq (Quba və Qusar) və Mərkəzi Aran bölgəsinə düşən qışlaq ərazilərini (Abşeron və Hacıqabul), həmçinin onların arasında uzunluğu 200 km-dən çox olan tarixi Köç yolunu (Quba-Şamaxı-Qobustan) əhatə edir.

Qeyd edilib ki, UNESCO-ya təqdim edilən sənədin əsasını Xınalığın köçəri mədəniyyəti təşkil edir. İrs Ərazisi 6 inzibati rayonun ərazisindən keçən ümumilikdə 44829,41 hektar (45 min hektara yaxın) İrs Ərazisindən və müvafiq olaraq 109392,78  hektar (109 min hektardan çox) Bufer Zonadan ibarət olan böyük bir mədəni landşaftı əhatə edir.

“Xınalıq və Köç yolu” Azərbaycanda UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən dördüncü mədəni irs ərazisi olub. Bundan əvvəl Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçəri şəhər, Qobustan Qaya Sənəti Mədəni Landşaftı, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi də Ümumdünya İrs siyahısına daxil edilib.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Xankəndiyə hücuma keçməsi barədə iddiaları təkzib edir

Toplum TV
21 Sentyabr 2023

Rəsmi səhifə

"Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır". Toplum TV xəbər verir ki, bu barədə sentyabrın 21-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. "Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - Nazirlikdən bildirilib. https://toplum.tv/siyaset/pqarabagdaki-gerginlik-neticesinde-200-den-ccedilox-ermeninin-oumllduumlyuuml-bildirilirp Qeyd edək ki, erməni KİV Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Xankəndi istiqamətində hücuma keçməsi və atəşkəs rejimini pozması barədə məlumatlar yayıb.  Bildirilir ki, şəhərin mərkəzində də atışma səsləri eşidilib.   Son gərginlik fonunda erməni əhalinin bir hissəsinin Qarabağı tərk edərək Ermənistana yollandığı barədə məlumatlar yayılıb. 
Siyasət

Tehran: Azərbaycan hökuməti ilə Qarabağ erməniləri arasında razılaşmadan məmnunuq

Toplum TV
21 Sentyabr 2023

Rəsmi səhifə

Regionda münaqişələrin davam etdirilməsi üçün heç bir səbəb yoxdur  Toplum Tv xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasser Kanaani sentyabrın 21-də gündəlik brifinq zamanı deyib.  https://toplum.tv/siyaset/pmakron-eliyevden-qarabagin-ermeni-sakinleri-uumlccediluumln-zemanet-isteyibp İran XİN Azərbaycan hökuməti ilə Qarabağda yaşayan ermənilərin nümayəndələri arasında razılaşmadan məmnunluğunu bildirib. "Ümid edirik ki, bundan sonra bölgədə heç bir müharibənin şahidi olmayacağıq. İslam Respublikası region ölkələrinin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə tam hörmətin tərəfdarıdır". - Nasser Kanaani açıqlamasında qeyd edib.  Onun sözlərinə görə, İran daimi və davamlı sülh prosesində region ölkələrinə yardım etməyə hazırdır. "Üçüncü tərəflərin regional məsələlərə cəlb edilməsi yalnız problemləri çətinləşdirir və əldə edilmiş...

Seçilmiş Videolar

Toplum TV loqo