Siyasət

Xocalıda erməni sakinlərin nümayəndələriylə görüşün nəticələri açıqlandı

Toplum TV
25 Sentyabr, 2023
114

Açıq mənbələrdən götürülüb

Prezident Administrasiyası

Xankəndi və Xocalıda qurulacaq səhra hospitalında Azərbaycan və erməni əsilli tibb heyətinin birgə fəaliyyəti təklif edilib.

Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 25-i AR Prezident Administrasiyası Xocalı şəhərində baş tutan görüşlə bağlı bildirib.

Qurumun açıqlamasına görə, sentyabrın 25-i keçirilən görüş Qarabağın erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov və erməni sakinlərin təmsilçiləri ilə arasında keçirilib.

Belə ki, 21 sentyabr "Yevlax görüşü"-nün davamı kimi keçirilən konstruktiv görüş zamanı humanitar yardımın təminatı, yanacaq təchizatı və elektrik verilişinin bərpası ilə bağlı razılıq ifadə olunub.

Müzakirədə Xankəndi şəhəri də daxil olmaqla ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan müvafiq nümayəndələrlə görüşün təşkili, eləcə də birgə işçi qrupunun yaradılması barədə ilkin qərar verilib.

Həmçinin, Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifi vurğulanıb.

Ramin Məmmədov görüş zamanı bəzi yaşayış məntəqələrində tənha vəziyyətdə müəyyən edilmiş erməni əsilli yaşlı sakinlərə ilkin tibbi yardım göstərildiyini diqqətə çatdırıb. Habelə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin həmin şəxslərlə görüşünə şərait yaradılması təklifini verib.

Qeyd edək ki, Xocalıda baş tutan müzakirədə gələcək addımları müəyyənləşdirmək məqsədilə tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib

Toplum TV
1 Dekabr 2023

Rəsmi səhifə

Noyabrın 30-da Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı Jurnalistlərin Müdafiə Komitəsinin (CPJ) sorğusuna cavab verib.  Toplum TV xəbər verir ki, bu barədə dekabrın 1-də təşkilatın rəsmi saytı açıqlama yayıb.  Məlumata görə, Vilayət Eyvazov sorğuya elektron poçtla cavabında bildirib ki, "Abzas Media" onlayn nəşrinin direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov və nəşrin baş redaktoru Sevinc Vaqifqızına qarşı ittihamların onların fəaliyyəti ilə bağlı olması ilə bağlı iddialar “tamamilə əsassızdır”.  https://toplum.tv/siyaset/pldquoabzas-mediardquo-nin-jurnalisti-barede-hebs-qetimkan-tedbiri-seccedililibp "Eyvazov bildirib ki, hər üç şəxs Azərbaycanın dövlət sərhədindən “külli miqdarda xarici valyuta”nı “gömrük nəzarətindən kənar və ya gizli yolla bəyan etmədən” keçiriblər, “Abzas Media”nın ofisindən...
Siyasət

“Abzas Media”-nın jurnalisti barədə həbs qətimkan tədbiri seçilib

Samirə Əli
1 Dekabr 2023

Toplum TV

Xətai rayon məhkəməsində “Abzas Media”-nın əməkdaşı, jurnalist Nərgiz Absalamova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.  Toplum TV xəbər verir ki, bu barədə dekabrın 1-də jurnalistin vəkili Şəhla Hümbətova məlumat verib. Onun sözlərinə görə, jurnalistə qarşı "Abzas Media" rəhbərliyi ilə eyni maddə üzrə (qrup halında qaçaqmalçılıq) ittiham irəli sürülüb.  https://toplum.tv/siyaset/pvasinqton-jurnalistlerin-hebsiyle-bagli-bakiya-ccedilagiris-edibp Polislər məhkəmə prosesini işıqlandırmaq istəyən jurnalistlərin fəaliyyətinə mane olub. Nərgiz Absalamova noyabrın 30-u dindirilmə üçün çağırıldığı Bakı Şəhər Baş Polis İdarəsində saxlanılıb.  Noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov barəsində “qrup halında qaçaqmalçılıq” ittihamı ilə 4 ay...

Seçilmiş Videolar

Toplum TV loqo