Açıq mənbələrdən götürülüb
Xocalı şəhəri
Sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş başlayıb.
Toplum TV xəbər verir ki, bu barədə "Report" informasiya agentliyi məlumat yayıb.
Bildirilir ki, görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxsi Ramin Məmmədov və Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri iştirak edirlər.
Xatırladaq ki, Azərbaycanın hakimiyyət rəsmiləri ilə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında ilk görüş sentyabrın 21-də Yevlaxda keçirilib. Görüş bir neçə saat davam edib. Ardınca Qarabağın erməni sakinlərinin nümayəndələri Xankəndinə yollanıblar.
Prezidentin sözçüsü Elçin Əmirbəyov mətbuata açıqlamasında bildirmişdi ki, belə görüşlər çox olacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Toplum TV