Açıq mənbələrdən götürülüb
Xocalı
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalıdan məcburi köçkün düşmüş sakinlərin bir qrupu ilə görüşüb.
Toplum TV xəbər verir ki, bu barədə sentyabrın 29-da Dövlət Komitəsindən məlumat verilib.
Bildirilir ki, görüş əsnasında azad edilən torpaqlara geri dönüşün gedişi və perspektivləri barədə danışılıb.
Həmçinin görüşdə Xocalının da bərpasına və azərbaycanlı əhalinin ora geri dönüş imkanının yaranması müzakirə olunub.
Məlumata görə, görüşdə Xocalının məcburi köçkün icmalarının nümayəndələri, ziyalılar, ictimai fəallar, həmçinin Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak ediblər.
Xatırladaq ki, bundan əvvəl Dövlət Komitəsində Xankəndidən olan məcburi köçkünlərin geri qayıtması məsələsi müzakirə olunmuşdu.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Toplum TV