Siyasət

Xocavənddə daha bir mina partlayışı, 4 polis həlak olub

19 Sentyabr, 2023
284

Report.az

Mina partlayışı

Xocavənddə Daxili İşlər Nazirliyinin 4 əməkdaşının ölümüylə nəticələnmiş hadisə ilə bağlı cinayət işi başlanıb.

Toplum TV xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri birgə məlumat yayıb.

Bildirilir ki, 19 sentyabrda DİN əməkdaşlarının olduğu “Kamaz” maşını həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yerə gedərkən saat 04:30 radələrində Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minaya düşüblər. Minanın həmin əraziyə bölgədəki qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirildiyi bildirilir. 

https://toplum.tv/siyaset/presmi-baki-qarabagdaki-rejimin-ldquohoumlkumetrdquo-strukturlarinin-legvini-teleb-edirp

Məlumata görə, hadisə nəticəsində DİN-in əməkdaşları olan 1994-cü il təvəllüdlü Camalzadə Asim, 1987-ci təvəllüdlü Şirinov Ramil, 1991-ci il təvəllüdlü Mahmudov Seymur və 1998-ci il təvəllüdlü Zamanov Xəzər həlak olublar.

Rəsmi qurumlar bunun terror aktı olduğunu bildiriblər. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Ermənistan tərəfi Azərbaycana cavab verib: "Konstitusiya daxili işimizdir"

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

“Sülh müqaviləsi layihəsinin razılaşdırılmış bəndlərində göstərilir ki, tərəflər sazişin müddəalarına əməl etməmək üçün daxili qanunvericiliyə istinad edə bilməzlər”. Toplum TV xəbər verir ki, bunu martın 1-də Türkiyənin Antalya şəhərində keçirilən III Diplomatik Forumundakı panel müzakirələrində Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.  Panel əsnasında Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu və Bakının bununla bağlı qarşı tərəfdən açıqlama gözlədiyini bildirib.  Rubinyan isə Hacıyevə cavabında bildirib ki, Konstitusiya və hüquqi bazası Ermənistanın daxili işidir: "Bunun qətiyyən sülhməramlı proseslərlə əlaqəsi yoxdur. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur".  Onun sözlərinə görə, saziş layihəsinin razılaşdırılmış bəndlərində Ermənistan və Azərbaycanın...
Siyasət

Aİ nümayəndəsi: Azərbaycanla Ermənistan yaxın zamanda sülh sazişi imzalaya bilər

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın zamanda imzalanması realdır".  Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu martın 1-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar bildirib. Onun sözlərinə görə, müqavilənin bütün elementlər masadadır: "Bu, vacib kompromislərə getməklə bağlı siyasi iradə məsələsidir, kompromislərə nail olaraq sülh müqaviləsini imzalamağın zamanı gəlib çatıb". Klaar həmçinin qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi təbii ki, iki ölkə arasında imzalanacaq. "Kənardakı hər hansı vasitəçi (tərəfdaş) sadəcə bu məsələni dəstəkləyə bilər. Bu bizim etməyə çalışdığımız işdir. Razıyam ki, bu məsələ iki tərəf arasındadır, lakin ona da inanıram ki, kənardakı...

Seçilmiş Videolar

Toplum TV loqo