Açıq mənbələrdən ötürülüb
Ararat Mirzoyan
"Ermənistan Azərbaycana sülh sazişi ilə bağlı altıncı təklif göndərib"
Toplum TV xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi noyabr 21-də X hesabında məlumat yayıb.
https://toplum.tv/siyaset/pilham-eliyev-azerbaycana-beynelxalq-tezyiqlerden-danisibp
"Noyabrın 18-də Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinə nail olmaq üçün diplomatik səylərin gücləndirilməsi barədə açıq bəyanatından sonra Ermənistan tərəfi razılaşma ilə bağlı altıncı təklifi Azərbaycan tərəfinə təqdim edib", məlumatda qeyd olunub.
Bəyanatda həmçinin qeyd olunub ki, Ermənistan münasibətlərin əvvəllər elan edilmiş prinsiplər əsasında nizamlanmasına dair sənədin bağlanması və imzalanmasına sadiqdir.
Bu açıqlamanın ardınca Azərbaycan Xarici İşlər Nazirliyi də bəyanat yayıb.
Rəsmi Bakı bildirib ki, sərhəddə görüşə və birbaşa danışıqlara hazırdır.
"Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır. Biz Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyirik", - XİN-in açıqlamasında vurğulanıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?