Siyasət

Yevlaxdakı görüş başa çatdı, nəticə nə oldu?

21 Sentyabr, 2023
208

Açıq mənbələrdən götürülüb

Nikol Paşinyan və İlham Əliyev

"Bakı Yerevana sülh sazişi layihəsi göndərib"

Toplum TV bildirir ki, bunu sentyabrın 21-i Prezidentin sözçüsü Elçin Əmirbəyov “Sky News Arabia” telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, problemlərin tək Yevlax görüşü ilə başa çatacağını gözləmək çətindir.

"Qarabağ və Azərbaycan erməniləri ilə bağlı bütün problemlərin Yevlaxda bir görüşdə həllini gözləmək çətindir. Belə görüşlər çox olacaq.

Qarabağ erməniləri ilə Azərbaycan nümayəndələri arasında aparılan danışıqlar Yerevanla uzunmüddətli münaqişəyə son qoyacaq sülh müqaviləsinin bağlanmasına gətirib çıxara bilərdi", - Əmirbəyov qeyd edib.

https://toplum.tv/siyaset/psuumllhmeramlilarinnbspoumlluumlmuumlne-goumlre-azerbaycanli-komandirnbspvezifesinden-uzaqlasdirilibp

Sözçü əlavə edib ki, sülh müqaviləsi beynəlxalq hüquqa əsaslanan beş bənddən ibarət olacaq və bununla da rəsmi olaraq hər iki ölkə bir-birinin işinə qarışmayacaq. 

O, təklif edilən sülh sazişi ilə bağlı rəsmi Bakının cavab gözlədiyini açıqlayaraq Qarabağdakı ermənilərin sonrakı taleyinin Azərbaycanın daxili işi olduğunu vurğulayıb.

Bildirək ki,  sentyabrın 21-də Azərbaycanın keçirdiyi anti-terror əməliyyatında sonra əldə olunan razılaşma əsasında Qarabağın erməni sakinlərinin nümayəndələri Yevlax rayonunda görüş keçirilib. Görüş bir neçə saat davam edib. Ardınca Qarabağın erməni sakinlərinin nümayəndələri Xankəndiyə yollanıblar.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Ermənistan tərəfi Azərbaycana cavab verib: "Konstitusiya daxili işimizdir"

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

“Sülh müqaviləsi layihəsinin razılaşdırılmış bəndlərində göstərilir ki, tərəflər sazişin müddəalarına əməl etməmək üçün daxili qanunvericiliyə istinad edə bilməzlər”. Toplum TV xəbər verir ki, bunu martın 1-də Türkiyənin Antalya şəhərində keçirilən III Diplomatik Forumundakı panel müzakirələrində Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.  Panel əsnasında Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu və Bakının bununla bağlı qarşı tərəfdən açıqlama gözlədiyini bildirib.  Rubinyan isə Hacıyevə cavabında bildirib ki, Konstitusiya və hüquqi bazası Ermənistanın daxili işidir: "Bunun qətiyyən sülhməramlı proseslərlə əlaqəsi yoxdur. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur".  Onun sözlərinə görə, saziş layihəsinin razılaşdırılmış bəndlərində Ermənistan və Azərbaycanın...
Siyasət

Aİ nümayəndəsi: Azərbaycanla Ermənistan yaxın zamanda sülh sazişi imzalaya bilər

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın zamanda imzalanması realdır".  Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu martın 1-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar bildirib. Onun sözlərinə görə, müqavilənin bütün elementlər masadadır: "Bu, vacib kompromislərə getməklə bağlı siyasi iradə məsələsidir, kompromislərə nail olaraq sülh müqaviləsini imzalamağın zamanı gəlib çatıb". Klaar həmçinin qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi təbii ki, iki ölkə arasında imzalanacaq. "Kənardakı hər hansı vasitəçi (tərəfdaş) sadəcə bu məsələni dəstəkləyə bilər. Bu bizim etməyə çalışdığımız işdir. Razıyam ki, bu məsələ iki tərəf arasındadır, lakin ona da inanıram ki, kənardakı...

Seçilmiş Videolar

Toplum TV loqo