Açıq mənbələrdən götürülüb
Zibeydə Sadıqova
Vəkil Zibeydə Sadıqova haqda Vəkillər Kollegiyasına şikayət daxil olub.
Toplum TV xəbər verir ki, bununla bağlı avqsutun 30-u vəkil öz "feysbuk" hesabında məlumat verib.
Zibeydə Sadıqova Vəkillər Kollegiyasının barəsində intizam tədbiri görmək istədiyini bildirib:
"Dünən də hansısa deputat çıxıb insan haqları ilə məşğul olan vəkillər barədə məqalə yazır.
Məqalə çıxandan sonra məqalənin mahiyyəti aydın oldu.
Vəkillər Kollegiyasından zəng edib məni 5-ci gün keçiriləcək Rəyasət Heyətinin iclasına çağırıblar. Səbəbini soruşanda isə barəmdə rəy verildiyini bildirdilər. Rəyi istəyəndə isə deyirlər ki, Kollegiyadan imza edib götürə bilərəm. İclasa 2 gün qalıb indi xəbər tuturam ki, barəmdə rəy var imiş, barəmdə intizam tədbiri görmək istəyirlərmiş.
Nə baş verir? Bu nə deməkdir? Növbə məndədir? İnsan haqlarını müdafiə etmək cinayət deyil!"
Xatırladaq ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin bundan əvvəl keçirilən iclasında Elçin Sadıqov və başqa iki vəkilin vəkillik fəaliyyətinin dayandırılması, eyni zamanda kollegiyadan xaric edilməsi barədə məhkəməyə müraciət edilməsi qərara alınıb.
Mirzəbəy Əzimli
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Xocalıda erməni sakinlərin nümayəndələriylə görüşün nəticələri açıqlandı
Açıq mənbələrdən götürülüb
Rəsmi Moskva: 2020-ci ildə Ermənistanın tam kapitulyasiyasına Putin imkan verməyib
Açıq mənbələrdən götürülüb