Siyasət

"Qarabağ yürüşü" ilə bağlı sonuncu 12 nəfərə də cəza kəsildi

23 İyun, 2021
971

Sosial Media

2020-ci ilin iyulunda Bakıda keçirilmiş Orduya dəstək yürüşündən sonra həbs olunan 36 nəfərdən sonuncu – üçüncü qrupun da məhkəməsi yekunlaşıb. 

İyunun 22-də axşam saatlarında Səbail rayon Məhkəməsinin bu qrupdakı 12 nəfər haqqında çıxardığı hökm elan olunub.

Məlum olub ki, bu da əvvəlki iki qrupdakılar haqqında verilmiş hökmlə bənzərdir. Burada da təqsirləndirilən şəxslər yürüş zamanı Milli Məclisin binasına daxil olmaqda parlamentin qarşısında polis maşınını aşırmaqda və s. qanunsuz əməllərdə suçlu sayılıb. Amma onlara şərti cəza verilməsi qərara alınıb.

Bu qrupda mühakimə olunan 12 nəfərdən 7-si Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalıdır. Cəbhəçilərdən Ramid Nağıyev və İsmayıl Həsənov 4 il, Ceyhun Novruzov və Baba Süleymanov 3 il 9 ay, Telman Seyfullayev 3 il 6 ay, Məhəbbət Nağıyev 3 il 2 ay, Gündüz Mirzəyev isə 3 il 1 ay şərti azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslərə də şərti cəza verilib.

AXCP mətbuat xidmətindən "AzadlıqRadiosu"na bildirilib ki, hökmdən apellyasiya şikayəti veriləcək. Cəbhəçilərin təqsirsiz olduğunu hesab edirlər: "Şərti məhkumetmənin məqsədi də AXCP funksionerlərinin gələcəkdə, yəni, hakimiyyətə lazım olan həbsini asanlaşdırmaqdır. Heç bir sübut-dəlil olmadan AXCP funksionerlərini saxta ittihamlarla məhkum ediblər. Apellyasiya məhkəməsinə şikayət verməklə ədalətli nəticə gözləntimiz yoxdur. Bu işi Avropa Məhkəməsi müstəvisinə çıxarmaq üçün prosedurdur, onu keçmək lazımdır".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo